Redaktor
Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir – Ali Məhkəmə
Praktikada tez-tez rast gəlinən hallardan biri borcun təmin edilməsi məqsədilə borcalana (və ya onun yaxınlarına) məxsus daşınmaz əşyanın (torpağın, evin və s.) alqı-satqı müqaviləsi ilə borcverənin (və ya onun göstərdiyi digər şəxsin) adına rəsmiləşdirilməsidir. Yəni tərəflər girov və ya ipoteka kimi qanunla nəzərdə tutulmuş mexanizmlərdən istifadə etmək əvəzinə, borcalan tərəf formal olaraq daşınmaz əmlakını borverənə satır, əslində isə məqsəd borca təminat vermək olur.
Valyuta.az-a bu barədə Ali Məhkəmədən bildirilir.
İlk baxışdan bu üsul tərəflər üçün rahat görünsə də, sonradan ciddi hüquqi problemlərə səbəb ola bilər.
Əsas risk ondan ibarətdir ki, müqavilə formal olaraq alqı-satqı kimi bağlandığı üçün əşya hüquqi baxımdan artıq digər şəxsin mülkiyyətinə keçir. Mübahisə yarandıqda borclu tərəf adətən iddia edir ki, bu müqavilə əslində satış üçün deyil, borcun təminatı kimi bağlanıb, qarşı tərəf isə bunu inkar edir. Bu zaman sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı müqavilənin əslində alqı-satqı niyyəti ilə deyil, borcun təminatı kimi bağlandığına dair mötəbər sübutlar təqdim etməlidir. Bu isə əksər hallarda iddiaçı üçün kifayət qədər ağır sübutetmə yükü yaradır.
Bu cür risklərlə üzləşməmək üçün vətəndaşlara aşağıdakı tövsiyələr olunur:
-borcun təminatı üçün alqı-satqı müqaviləsindən istifadə etməmək;
-bunun əvəzinə qanunvericilikdə nəzərdə tutulmuş girov və ya ipoteka mexanizmlərinə üstünlük vermək;
-bütün şərtləri müqavilədə yazılı şəkildə və müfəssəl formada göstərmək;
-zərurət olduqda hüquqşünas məsləhəti almaq.
Nəticə olaraq, borcun təminatı məqsədilə alqı-satqı müqaviləsinin bağlanması tərəflər üçün ciddi və bəzən geri dünüşü olmayan hüquqi nəticələr yarada bilər.
Daha təhlükəsiz yol isə qanunda nəzərdə tutulmuş hüquqi mexanizmlərdən istifadə etməkdir. Bu yanaşma həm tərəflərin hüquqlarını qoruyur, həm də gələcək mübahisələrin qarşısını alır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAAYDA-nın bu qurumu ləğv edilir
17.04.2026Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
17.04.2026Sığorta şirkətləri qazancının nə qədərini vergiyə verib? – Siyahı
17.04.2026Netflix səhmləri Rid Hestinqsin gedişindən sonra 9 faiz ucuzlaşdı
17.04.2026İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Milyonluq "otkat"...
17.04.2026Yeni rəhbər marketlər şəbəkəsinin baş icraçı direktorunu dəyişdi
17.04.2026Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir – Ali Məhkəmə
17.04.2026İlham Əliyevin Antalyada Suriyanın Prezidenti ilə görüşü olub
17.04.2026Nərə balığını Rusiyadan 2 manata, Yaponiyadan 57 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR
17.04.2026Sabahın hava proqnozu
17.04.2026"Space" telekanalı bağlanır?
17.04.2026Nazirliyin mətbuat xidmətinin rəhbəri baş redaktor təyin edildi - FOTO
17.04.2026Şahin Mustafayev: "İranla sərhəddəki infrastrukturla sutkada minə yaxın yük maşını buraxılacaq"
17.04.2026Bakıda WUF13 QHT Forumu keçiriləcək
17.04.2026Tomat ixracında gəlir artdı, satış həcmi azaldı
17.04.2026İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub
17.04.2026Vasif Müslümova yüksək vəzifə verildi - FOTO
17.04.2026"Unibank"ın aktivləri 22%-ə yaxın artıb, kredit və depozit portfeli genişlənib
17.04.2026Sığorta şirkətlərinin ehtiyat yarışı: ən böyük artım kimdə oldu? - CƏDVƏL
17.04.2026