İKZF-nin 68 milyonluq mənzil aldığı "Maksimus" MKT kimindir?

Redaktor

17.12.2025 17:15
210

İKZF-nin 68 milyonluq mənzil aldığı "Maksimus" MKT kimindir?

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Valyuta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi "Maksimus” şirkəti seçilib. Tərəflər arasından bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 68 703 095,9 manatdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Maksimus” Mənzil-Tikinti Kooperativi (MKT) 8 may 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Hüquqi ünvanı şirkətin Sumqayıt şəhəri, Bakı-Dərbənd yolunda yerləşən MKT-nin qanuni təmsilçisi Gülməmmədov Qoşqar Əşrəf oğludur. 

"Maksimus” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi təsis edilib. 2025-cü ildə isə şirkətin təşkilati-hüquqi forması dəyişdirilib və şirkət MKT-yə çevrilib. 

Açıq mənbələrdə "Maksimus” MKT haqqında heç bir məlumat yoxdur. MKT-nin qanuni təmsilçisi Qoşqar Gülməmmədov barəsində də hər hansı məlumata rast gəlinmir. 

Yeri gəlmişkən, Qoşqar Gülməmmədovdan əvvəl şirkətə onun qardaşı Muxtar Gülməmmədov rəhbərlik edib. 

Muxtar Gülməmmədov 2021-ci ildə Bakı şəhəri Atatürk prospektində ağacların kəsilməsi ilə gündəmə gəlmişdi. Həmin vaxt Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirmişdi ki, sözügedən əraziyə keçirilən baxış zamanı Atatürk prospekti 118A ünvanında yerləşən  obyektin qarşısındakı 3 müxtəlif cinsli ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı, 3 zeytun ağacının və bir neçə dekorativ kolun isə kökündən çıxarıldığı məlum olub. 

"Ağacların müvafiq ekspertiza rəyi olmadan qanunsuz köçürülməsinə və budanmasına göstəriş verən obyekt sahibi Muxtar Gülməmmədov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə edilib”, deyə o vurğulamışdı. 

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, İKZF cari ilin əvvəlində "Maksimus” MKT ilə 17 804 626,9 manatlıq satınalma müqaviləsi imzalayıb. Həmin müqavilə qurumun yeni inzibati binasında təmir-bərpa işləri ilə əlaqədar olub.
 
İKZF-nin İdarə Heyətinin sədri Fəxri Kazımovdur. O, keçmiş deputat, Sosial Rifah Partiyasının qurucusu olmuş mərhum Xanhüseyn Kazımlının oğludur. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu universitetin əməkdaşları təltif edildi - SƏRƏNCAM

18.12.2025

Bu bölgələrdə banka əmanət yerləşdirmək sərfəli deyil?

18.12.2025

"Aqrarkredit"in əmlakları 30% endirimlə satışa çıxarılır

18.12.2025

İslandiyadan Münhenə: Soloturistlər üçün Avropada ən yaxşı 5 məkan

18.12.2025

Avropanın mərkəzində "Amazon" "zəlzələsi": Nə baş verir?

18.12.2025

"Bitcoin" niyə yüksəlmir? - Kritik tarixlər bəlli oldu

18.12.2025

Televizor istehsalçılarına ittiham: Hansı markalar bizi gizlicə izləyir?

18.12.2025

Universitetlər rəqabətə hazır olmalıdırlar - Nazir

18.12.2025

Bu şirkətin 18 000 işçisinə 1500 manatlıq bonus veriləcək

18.12.2025

Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edildi

18.12.2025

Sabah hava yağmursuz keçəcək

18.12.2025

Rəsul Quliyev Bilgəhdəki torpaq sahəsini 5 milyon manata satıb

18.12.2025

Təhsilin İnkişafı Fonduna yeni sədr təyin olundu

18.12.2025

Meg O’Neill kimdir? BP-nin yeni rəhbəri barədə əsas məlumatlar

18.12.2025
"Bu biznesə başlamaq üçün yüksək məbləğdə sərmayəyə ehtiyac yoxdur" - 3 filialları var

"Bu biznesə başlamaq üçün yüksək məbləğdə sərmayəyə ehtiyac yoxdur" - 3 filialları var

18.12.2025

Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır

18.12.2025

BP-nin Baş icraçı direktoru dəyişdi

18.12.2025

131 min manat mənimsəyən direktor: "Özümə əlavə dərs saatları yazdırdım"

18.12.2025

Milyarderlər siyahısına onun da adı əlavə olundu

18.12.2025

24 milyonluq şirkətə 5 milyonluq sifariş

18.12.2025

Məzənnə

Yüklənir...