Redaktor
İlon Mask Mars planına görə 1 milyard "SpaceX" səhmi qazana bilər
"SpaceX" şirkətinin IPO prospektində yer alan məlumata görə, şirkətin baş direktoru İlon Mask Marsda ən azı 1 milyon nəfərin yaşadığı koloniya yaradılması halında 1 milyard səhm almaq hüququ qazanacaq.
Sənəddə qeyd olunur ki, sözügedən mükafat performansa əsaslanan təşviq proqramının tərkib hissəsidir.
Ayrılması nəzərdə tutulan səhmlərin həcmi şirkətin IPO çərçivəsində satışa çıxarmağı planlaşdırdığı ilkin səhm paketindən təxminən 80 faiz çoxdur.
İlon Mask uzun illərdir Marsın koloniyalaşdırılmasını həm şəxsi məqsədi, həm də "SpaceX"in əsas strateji hədəflərindən biri kimi təqdim edir.
Şirkət 2028-ci ildən etibarən Marsa pilotsuz yük missiyalarının göndərilməsini planlaşdırır.
Həmçinin planetdə ilkin tədqiqat və tikinti işlərinə dəstək vermək üçün "Tesla" şirkətinin "Optimus" robotlarının Marsa göndərilməsi nəzərdə tutulur.
Mütəxəssislər bildirirlər ki, 1 milyon nəfərlik dayanıqlı Mars koloniyasının yaradılması son dərəcə mürəkkəb və uzunmüddətli layihədir. Bu məqsədin nə vaxt və ya ümumiyyətlə həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır.
Prospektdə göstərilən 135 ABŞ dolları səhm qiyməti əsas götürüldükdə, İlon Maskın əldə edə biləcəyi mükafatın dəyəri təxminən 135 milyard ABŞ dollarına bərabər olacaq.
Qeyd edək ki, məlumat "The Motley Fool" nəşrinin "SpaceX"in IPO prospektinə istinadən hazırladığı materialda yer alıb.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMaaş artımı tələbiniz qəbul olunmadısa, nə etməlisiniz?
24.06.2026Süni intellekt təlimində istifadə olunan 21 milyon mahnıdan ibarət baza açıqlandı
23.06.2026Müasir dünyanın rəqəmsal onurğa sütunu: Fiber optik kabellər necə işləyir?
23.06.2026Müddətli əmanətlər üzrə ən aşağı faizli regionlar
23.06.2026"Instagram" olmayanda onlar var idi: Sosial medianın unudulmuş "kralları"
23.06.2026"SpaceX" süni intellekt startapı ilə 6,3 milyard dollarlıq müqavilə bağladı
23.06.2026Dünyanın milyarder xəritəsi: Varlılar hansı şəhərlərdə yaşayır?
23.06.2026Prezident onları təltif etdi - Siyahı
23.06.2026“Groq” startapı 650 milyon dollar investisiya aldı
23.06.202612 il "Dünya Bankı"nda işləyən azərbaycanlıya Maliyyə Nazirliyində yüksək vəzifə verildi
23.06.2026Startapınızı pulsuz tanıtmaq üçün 15 platforma
23.06.2026Mərkəzi Bank “Global İnnovations” və “United Payment”də pozuntular aşkarlayıb
23.06.2026Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş ®
23.06.2026İpoteka və Kredit Zəmanət Fondu yeni tender elan etdi
23.06.2026Dünya iqtisadiyyatında transformasiya dövrü başlayır
23.06.2026“Banco Santander” süni intellekt agentləri üçün ödəniş sistemi qurdu
23.06.2026Rəhbərinizin sizi manipulyasiya etdiyini göstərən 10 əsas əlamət
23.06.2026"Apple"ın 2026-2027-ci illərdə təqdim edəcəyi 20 yeni cihaz - TAM SİYAHI
23.06.2026Z nəsli karyeraya daha üstün başlayır: Gəlirlərdə gözlənilməz fərq
23.06.2026