Redaktor
İlon Mask "insanlıq tarixindəki ən ağıllı süni intellekt"i təqdim etdi: Grok 4
10 iyul 2025-ci il tarixində texnologiya dünyasında önəmli hadisə baş verib: İlon Maska məxsus xAI şirkəti özünün yeni nəsil süni intellekt modeli olan "Grok 4"ü təqdim edib.
Qaynarinfo xəbər verir ki, Mask bu modeli “bəşəriyyət tarixinin ən ağıllı süni intellekti” adlandırıb.
"Grok 4" nələri bacarır?
Yeni model yalnız istifadəçi suallarına cavab verməklə kifayətlənmir – alim səviyyəsində düşünmə qabiliyyətinə malikdir, mətn və şəkilləri eyni anda analiz edə bilir, səsi fərqli intonasiyalarla səsləndirə, hətta mahnı oxuya bilir.
Əsas xüsusiyyətlər:
* Grok 3 ilə müqayisədə 10 dəfə güclüdür;
* AIME 25 riyaziyyat olimpiadasında 100% düzgün cavab verib;
* Humanity's Last Exam testində 44,4% nəticə göstərib (müqayisə üçün: Gemini 2.5 Pro – 26,9%, OpenAI o3 – 21%);
* Riyaziyyat, fizika, proqramlaşdırma və digər sahələrdə fəlsəfə doktoru (PhD) səviyyəsində nəticələr göstərib.
Gələcəyin imkanları
xAI şirkətinin verdiyi məlumata görə, "Grok 4" aşağıdakı funksiyaları yerinə yetirə biləcək:
* Tək komanda ilə videoyeni oyunlar yarada biləcək;
* Brouzerdə iki qara dəliyin toqquşmasını simulyasiya edəcək;
* Bukmeker məlumatlarını analiz edərək idman hadisələrinin nəticələrini yüksək dəqiqliklə proqnozlaşdıra biləcək.
Qiymət və əlçatanlıq
"Grok 4" iki versiyada təqdim olunub:
* Standart versiya: 30 dollar/ay (təxminən 1200 AZN)
* Heavy versiya: 300 dollar/ay (təxminən 12 000 AZN)
* Əvvəlki model "Grok 3" istifadəçilər üçün tamamilə pulsuz olaraq qalacaq.
Süni intellekt müharibəsində növbəti raund
İlon Maskın bu addımı "OpenAI", "Google" (Gemini) və "Anthropic" kimi rəqiblərlə süni intellekt yarışında yeni mərhələyə işarə edir. Məlumata görə, "OpenAI" yay aylarında insanla ayırd edilməsi çətin olan yeni GPT-5 modelini istifadəyə verməyə hazırlaşır.
Paşa Məmmədli
{gallery}
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı
22.02.2026Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video
22.02.2026Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?
22.02.2026Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026