Redaktor
İSB: "5,9 milyon manatlıq portfel gəliri faktiki olaraq 6,5 milyon manat səviyyəsində reallaşıb".
İcbari Sığorta Bürosunun dayanıqlı maliyyə və zəmanət fondu üzrə investisiya portfeli üzrə əldə olunan gəlirlilik göstəriciləri əvvəlcədən müəyyən edilmiş proqnozları üstələyib.
Valyuta.az xəbər verir ki, bu sözləri İSB-nin Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova "İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin İttifaqının 2025-ci ildə icra olunmuş strateji layihələr üzrə hesabatında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dayanıqlı maliyyə və zəmanət fondu çərçivəsində kompensasiya ödənişlərinin daha səmərəli təşkili və gücləndirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən müvafiq qaydalar təsdiqlənib: "Bunun nəticəsi olaraq hədəf olaraq müəyyən edilmiş 5,9 milyon manatlıq portfel gəliri faktiki olaraq 6,5 milyon manat səviyyəsində reallaşıb".
O, bildirib ki, maliyyə idarəçiliyi və investisiya siyasətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar da atılıb.
"Bu çərçivədə müasir ERP sistemi qurularaq əlavə funksional modullar istifadəyə verilib, layihə əsaslı idarəetmə mexanizmi tətbiq olunub və korporativ idarəetməyə keçid prosesi sürətləndirilib", - deyə əlavə edib.
Sərvanə Rəmixanova
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026