KOBİA sədri: "Biznes dünyası tarixin ən sürətli dəyişiklik dövrlərindən birini yaşayır" 

Redaktor

23.06.2026 11:50
223

KOBİA sədri: "Biznes dünyası tarixin ən sürətli dəyişiklik dövrlərindən birini yaşayır" 

"Süni intellekt, rəqəmsallaşma və avtomatlaşdırma əmək bazarında yeni tələblər formalaşdırır".

Valyuta.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Biznes Liderləri Zirvəsində çıxışı zamanı deyib.

KOBİA sədri bildirib ki, biznes dünyası tarixin ən sürətli dəyişiklik dövrlərindən birini yaşayır: "Rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının sürətli inkişafı, qlobal iqtisadi qeyri-müəyyənliklər və iqlim dəyişiklikləri biznes fəaliyyət prinsiplərini yenidən formalaşdırır. Belə bir şəraitdə liderlik, innovasiya və strateji düşüncə hər zamankindən daha böyük əhəmiyyət daşıyır".

O.Məmmədov qeyd edib ki, şirkətlər artıq yalnız məhsul və xidmətlə deyil, texnologiya və məlumatların idarə olunması sahəsində də rəqabət aparırlar:

"Kiçik və orta biznesin bu transformasiyaya uyğunlaşması üçün yeni biliklərə, bacarıqlara və texnoloji həllərə böyük ehtiyac var".

KOBİA sədri vurğulayıb ki, əmək bazarında baş verən dəyişikliklər yeni peşələrin yaranmasına və mövcud peşələrin transformasiyasına səbəb olur:

"Bu gün işəgötürənlər yalnız peşə biliklərinə malik əməkdaşlar deyil, eyni zamanda dəyişikliklərə sürətlə uyğunlaşa bilən, analitik düşünən və davamlı öyrənməyə çalışan mütəxəssislər axtarırlar".

O.Məmmədovun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi və regional nəqliyyat layihələrində artan rolu sahibkarlar üçün yeni imkanlar açır: "Bu imkanlardan səmərəli istifadə etmək üçün biznes subyektlərinin daha çevik, innovativ və dayanıqlı idarəetmə modellərini tətbiq etməsi xüsusi əhəmiyyət daşıyır".

KOBİA sədri həmçinin yaşıl iqtisadiyyatın və ESG prinsiplərinin biznes üçün vacibliyinə diqqət çəkib: "Yaşıl texnologiyalara investisiya, resurslardan səmərəli istifadə və ekoloji məsuliyyətli biznes modellərinin tətbiqi gələcək dövrdə müəssisələrin rəqabət qabiliyyətini artıran mühüm amillərdən olacaq".

Rəfiqə Abdin

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellekt təlimində istifadə olunan 21 milyon mahnıdan ibarət baza açıqlandı

23.06.2026

Müasir dünyanın rəqəmsal onurğa sütunu: Fiber optik kabellər necə işləyir?

23.06.2026

Müddətli əmanətlər üzrə ən aşağı faizli regionlar

23.06.2026

"Instagram" olmayanda onlar var idi: Sosial medianın unudulmuş "kralları"

23.06.2026

"SpaceX" süni intellekt startapı ilə 6,3 milyard dollarlıq müqavilə bağladı

23.06.2026

Dünyanın milyarder xəritəsi: Varlılar hansı şəhərlərdə yaşayır?

23.06.2026

Prezident onları təltif etdi - Siyahı

23.06.2026

“Groq” startapı 650 milyon dollar investisiya aldı

23.06.2026

12 il "Dünya Bankı"nda işləyən azərbaycanlıya Maliyyə Nazirliyində yüksək vəzifə verildi

23.06.2026

Startapınızı pulsuz tanıtmaq üçün 15 platforma

23.06.2026

Mərkəzi Bank “Global İnnovations” və “United Payment”də pozuntular aşkarlayıb

23.06.2026

Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş ®

23.06.2026

İpoteka və Kredit Zəmanət Fondu yeni tender elan etdi

23.06.2026

Dünya iqtisadiyyatında transformasiya dövrü başlayır

23.06.2026

“Banco Santander” süni intellekt agentləri üçün ödəniş sistemi qurdu

23.06.2026

Rəhbərinizin sizi manipulyasiya etdiyini göstərən 10 əsas əlamət

23.06.2026

"Apple"ın 2026-2027-ci illərdə təqdim edəcəyi 20 yeni cihaz - TAM SİYAHI

23.06.2026

Z nəsli karyeraya daha üstün başlayır: Gəlirlərdə gözlənilməz fərq

23.06.2026
"Dünya ciddi qeyri-müəyyənlik dövründən keçir" 

"Dünya ciddi qeyri-müəyyənlik dövründən keçir" 

23.06.2026

Sabah Bakıda və rayonlarda yağış yağacaq

23.06.2026

Məzənnə

Yüklənir...