"Süni intellekt insanı əvəz etmir, onu daha yaradıcı edir" 

Redaktor

23.06.2026 12:23
200

"Süni intellekt insanı əvəz etmir, onu daha yaradıcı edir" 

Süni intellektin inkişafı insanın iş həyatındakı rolunu dəyişdirir və dəyər yaratma anlayışını yenidən formalaşdırır.

Valyuta.az xəbər verir ki, bunu marketinq, böyümə və süni intellekt üzrə mütəxəssis Yüce Zerey Bakıda keçirilən Biznes Liderləri Zirvəsində çıxışı zamanı deyib.

Yüce Zerey bildirib ki, süni intellektlə bağlı müzakirələrdə əsas məsələ texnologiyanın gücündən çox, ondan necə istifadə olunmasının düzgün müəyyənləşdirilməsidir:

"Süni intellekt hazırda ən çox danışılan mövzulardan biridir. Lakin bu sahədə nəyi danışıb, nəyi danışmamağın vacib olduğunu anlamaq lazımdır. Süni intellekt kifayət qədər mürəkkəb mövzudur və burada düzgün tendensiyaları görmək böyük əhəmiyyət daşıyır".

O qeyd edib ki, tarix boyu texnoloji yeniliklər insan yaradıcılığını məhdudlaşdırmayıb, əksinə onun inkişafına təkan verib:

"Bir vaxtlar rəssamların əsas məqsədi həyatı olduğu kimi təsvir etmək idi. 1839-cu ildə fotoaparatın ixtirasından sonra onların fəaliyyəti sona çatmadı. Əksinə, rəssamlar daha azad və daha yaradıcı oldular. Çünki artıq reallığı olduğu kimi çəkmək məcburiyyətində deyildilər. Bu, mühüm  dəyişiklik idi".

Yüce Zereyin sözlərinə görə, bu gün süni intellektin yaratdığı dəyişikliklər də oxşar xarakter daşıyır:

"Əgər biz süni intellektin güclü olduğu sahələrdə onunla rəqabət aparmağa çalışsaq, üstünlüyümüzü itirəcəyik. Amma onu bizi azadlaşdıran və əlavə dəyər yarada biləcəyimiz istiqamətlərdə istifadə etsək, daha uğurlu nəticələr əldə edə bilərik".

Mütəxəssis vurğulayıb ki, süni intellektin əsas təsiri məhsuldarlığın artırılmasından daha çox dəyər anlayışının dəyişməsində özünü göstərir:

"Bir çoxları düşünür ki, süni intellekt sayəsində daha sürətli işləyəcək və daha məhsuldar olacaq. Lakin əsas məsələ bundan daha dərindir. İnsanların qərarları, baxış bucağı və onları fərqləndirən xüsusiyyətlər daha böyük əhəmiyyət qazanır".

O bildirib ki, süni intellekt dövründə qərarvermə, intuisiya və məna yaratmaq kimi bacarıqlar insanın əsas üstünlükləri olaraq qalacaq:

"İstehsal prosesini süni intellekt vasitəsilə həyata keçirmək mümkündür. Amma son qərarı insan verir. Məna yaratmaq, münasibətlər qurmaq və qeyri-müəyyən situasiyalarda intuisiya nümayiş etdirmək insanın əsas üstünlükləridir".

Yüce Zerey həmçinin agent əsaslı süni intellekt sistemlərinin gələcəkdə təşkilatların iş prinsiplərini dəyişəcəyini bildirib:

"Agentlərin ənənəvi süni intellekt köməkçilərindən fərqi ondadır ki, onlar verilən tapşırığı tamamlayana qədər fəaliyyətlərini davam etdirirlər. Bu yanaşma insanlarla süni intellekt agentlərinin birlikdə işlədiyi yeni idarəetmə modellərinin formalaşmasına səbəb olacaq".

 Rəfiqə Abdin

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellekt təlimində istifadə olunan 21 milyon mahnıdan ibarət baza açıqlandı

23.06.2026

Müasir dünyanın rəqəmsal onurğa sütunu: Fiber optik kabellər necə işləyir?

23.06.2026

Müddətli əmanətlər üzrə ən aşağı faizli regionlar

23.06.2026

"Instagram" olmayanda onlar var idi: Sosial medianın unudulmuş "kralları"

23.06.2026

"SpaceX" süni intellekt startapı ilə 6,3 milyard dollarlıq müqavilə bağladı

23.06.2026

Dünyanın milyarder xəritəsi: Varlılar hansı şəhərlərdə yaşayır?

23.06.2026

Prezident onları təltif etdi - Siyahı

23.06.2026

“Groq” startapı 650 milyon dollar investisiya aldı

23.06.2026

12 il "Dünya Bankı"nda işləyən azərbaycanlıya Maliyyə Nazirliyində yüksək vəzifə verildi

23.06.2026

Startapınızı pulsuz tanıtmaq üçün 15 platforma

23.06.2026

Mərkəzi Bank “Global İnnovations” və “United Payment”də pozuntular aşkarlayıb

23.06.2026

Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş ®

23.06.2026

İpoteka və Kredit Zəmanət Fondu yeni tender elan etdi

23.06.2026

Dünya iqtisadiyyatında transformasiya dövrü başlayır

23.06.2026

“Banco Santander” süni intellekt agentləri üçün ödəniş sistemi qurdu

23.06.2026

Rəhbərinizin sizi manipulyasiya etdiyini göstərən 10 əsas əlamət

23.06.2026

"Apple"ın 2026-2027-ci illərdə təqdim edəcəyi 20 yeni cihaz - TAM SİYAHI

23.06.2026

Z nəsli karyeraya daha üstün başlayır: Gəlirlərdə gözlənilməz fərq

23.06.2026
"Dünya ciddi qeyri-müəyyənlik dövründən keçir" 

"Dünya ciddi qeyri-müəyyənlik dövründən keçir" 

23.06.2026

Sabah Bakıda və rayonlarda yağış yağacaq

23.06.2026

Məzənnə

Yüklənir...