Redaktor
"Kontakt Home"un dövlətə 2 milyon manat borcu var
Azərbaycanda "Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən "ABC-Telecom” şirkətinin dövlətə borcunun miqdarı məlum olub.
Valyuta.az bu barədə İqtisadiyyat.az-a istinadən xəbər verir.
Belə ki, şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 2 038 711,83 manat vergi borcu mövcuddur.
Xatırladaq ki, "ABC-Telecom” ötən ilin oktyabrından bəri dövlət qarşısında borcla üzləşib və həmin vaxt şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 7,7 milyon manata yaxın vergi borcunun olduğu üzə çıxıb.
Onu da bildirək ki, ötən ilin noyabr ayında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən "ABC-Telecom” şirkətinin haqsız rəqabətə yol verdiyi ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, mağazalar şəbəkəsinin "HOFFMANN” markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etdiyi, məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə etməklə onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaratdığı və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozduğu müəyyən edilib. Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə "ABC-Telecom”a icrası məcburi göstərişlər verilib.
Xatırladaq ki, "ABC-Telecom” 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və "Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadədir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda 2 bankda əhalinin əmanətləri azalıb
21.04.2026E-saglam.az 5 yaşında
21.04.2026AYNA: Metro xətləri üzrə bütün marşrutlarda avtobusların sayı artırılır
21.04.2026Kiloqramı 28 manat: Azərbaycanın ən bahalı mavi pendir idxalı bu ölkədəndir
21.04.2026Adi mətbəx süngəri ilə başlayan startap milyonluq biznesə çevrildi
21.04.2026Şuşada 29 milyon manata 7 yeni yaşayış binası tikiləcək
21.04.2026Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb - YENİLƏNİB
21.04.2026
“Paşa Bank”da təhlükəli kreditlər 4 dəfəyə yaxın artıb
21.04.2026Sabah 22 dərəcə isti olacaq
21.04.2026Fransa sərt büdcə qənaətinə keçir
21.04.2026Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"
21.04.2026Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
21.04.202628 May ətrafında tramvay şəbəkəsi yaradılır
21.04.2026Bakı metrosunda ən gəlirli və ən sıx 5 stansiya açıqlanıb
21.04.2026Azərbaycanda qızıl istehsalı azalıb
21.04.2026