Kvant internet ilə VPN dövrü bitir?

Redaktor

20.04.2026 21:15
69

Kvant internet ilə VPN dövrü bitir?

İnternetdə anonimlik qalxanı, elm dünyasının qapısında dayanan kvantum inqilabı ilə birlikdə tarixə qarışa bilər. Bu günə qədər VPN xidmətləri və müxtəlif gizlətmə alətləri sayəsində rəqəmsal izlər müəyyən qədər qoruna bilirdi. Lakin məlumatın kvant cihazları üzərindən ötürüləcəyi gələcəkdə yerləşmə və identiklik gizlətməyin texniki olaraq mümkünsüz olacağı iddia edilir.

Kvantum internet və anonimlik

Kvant internet yalnız məlumatın işıq sürətinə yaxın ötürülməsini deyil, həm də kommunikasiya tərəflərinin kimliyinin və hətta koordinatlarının saniyələr içində yoxlanılmasını vəd edir. Bu sistemdə klassik kompüterlərin istifadə etdiyi 0 və 1 məntiqi əvəzinə kubitlər (qubit) işlədilir. 

Valyuta.az xəbər verir ki, “Süperpozisiya” adlı xüsusiyyət sayəsində bir kubit eyni anda həm 0, həm də 1 vəziyyətində ola bilir. Bu isə hesablamaların kəskin sürətlənməsinə və eyni zamanda mövcud şifrələmə sistemlərinin kökündən dəyişməsinə yol açır.

Albert Eynşteynin “uzaqdan qorxuducu təsir” adlandırdığı dolaşıqlıq prinsipi kvant internetin əsas təhlükəsizlik dayaqlarından biri hesab olunur. Dolanıq hissəciklər aralarında məsafə olsa belə vahid sistem kimi davranır və birinin vəziyyəti dəyişdikdə digəri dərhal bundan xəbər tutur.

Dolaşıqlıq və Bell testi

Kvant rabitənin təhlükəsizlik mexanizmi dolanıklıq fenomeninə əsaslanır. İki dolanıq foton arasında edilən ölçmələr, göndərən və qəbul edən tərəflərin bir-birini dəqiq şəkildə tanımasına imkan yaradır. “Bell testi” adlanan metod vasitəsilə sistemə müdaxilə cəhdləri dərhal aşkarlanır.

Əgər üçüncü tərəf siqnalı ələ keçirməyə və ya kopyalamağa çalışarsa, kvant vəziyyəti pozulur və bu müdaxilə anında üzə çıxır. Beləliklə, potensial hücumçunun fəaliyyəti gizlənə bilmir.

Kvant internet və VPN-lərin gələcəyi

Mütəxəssislərin fikrincə, kvant rabitə geniş yayıldıqca klassik anonimlik alətləri, o cümlədən VPN xidmətləri, əvvəlki funksional rolunu itirə bilər. Bununla belə, bu texnologiyanın tam tətbiqi hələ ilkin mərhələdədir və mövcud internet infrastrukturu ilə paralel şəkildə inkişaf edir.

Amerika Fizika Cəmiyyətində təqdim edilən araşdırmalar göstərir ki, kvant sistemlər mövcud cihazlara inteqrasiya edilə bilər və bu da keçidin düşündüyündən daha sürətli baş verə biləcəyini göstərir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Şuşada 29 milyon manata 7 yeni yaşayış binası tikiləcək

21.04.2026
Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb

Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb - YENİLƏNİB

21.04.2026

“Paşa Bank”da təhlükəli kreditlər 4 dəfəyə yaxın artıb

21.04.2026

Sabah 22 dərəcə isti olacaq

21.04.2026

Fransa sərt büdcə qənaətinə keçir

21.04.2026

Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"

21.04.2026

Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir

21.04.2026

28 May ətrafında tramvay şəbəkəsi yaradılır

21.04.2026

Bakı metrosunda ən gəlirli və ən sıx 5 stansiya açıqlanıb

21.04.2026

Azərbaycanda qızıl istehsalı azalıb

21.04.2026
"Bank Respublika"nın hansı rayonda vaxtı keçmiş kreditləri çoxdur?

"Bank Respublika"nın hansı rayonda vaxtı keçmiş kreditləri çoxdur? - CƏDVƏL

21.04.2026

17 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi

21.04.2026

“Kapital Bank”ın verdiyi bu kreditlərin məbləği 934 milyon manatdan çox artıb

21.04.2026

Azərbaycan neftinin qiyməti 110 dolları keçib

21.04.2026

"Apple"ın baş icraçı direktoru Tim Kuk istefa verdiyini açıqlayıb: şirkətə kim rəhbərlik edəcək?

21.04.2026
İki mərtəbəli ev tikmək üçün icazə alınmalıdır?

İki mərtəbəli ev tikmək üçün icazə alınmalıdır?

21.04.2026
Həyat yoldaşı ilə ortaq biznes qurdu, “İlin iş adam”ı seçildilər

Həyat yoldaşı ilə ortaq biznes qurdu, “İlin iş adam”ı seçildilər - MÜSAHİBƏ

21.04.2026

Bakıda metronun altından avtomobil yolu keçəcək

21.04.2026

Avro və rubl bahalaşır

21.04.2026
Bank sektorunda çalışan “Yüksəliş” qaliblərinin siyahısı

Bank sektorunda çalışan “Yüksəliş” qaliblərinin siyahısı

21.04.2026

Məzənnə

Yüklənir...