Redaktor
Kvant kompüterləri hazırlayan “Atom Computing” 300 milyon dollardan çox yatırım aldı
Kvant kompüterləri hazırlayan “Atom Computing” 300 milyon dollardan çox investisiya cəlb edib. Bu məbləğin 100 milyon dolları C seriyası investisiya raundu çərçivəsində əldə olunub. Bundan əlavə, ABŞ Ticarət Nazirliyi şirkətə 100 milyon dollara qədər əlavə dəstək göstərə biləcəyini bildirən niyyət məktubu təqdim edib.
Valyuta.Az-ın verdiyi xəbərə görə, “Atom Computing”in 300 milyon dollardan çox investisiya cəlb etdiyi raunda “Third Point Ventures” rəhbərlik edib. ABŞ mərkəzli şirkətin investisiya raundunda “DCVC” və “Cisco Investments” də iştirak edib.
Şirkət açıqlayıb ki, yeni investisiyadan kvant kompüterlərinin istehsalını və tətbiqini sürətləndirmək, həmçinin korporativ və dövlət müştərilərinə yönəlmiş satış fəaliyyətlərini genişləndirmək üçün istifadə edəcək.
“Atom Computing” 2018-ci ildə Ben Blum (Ben Bloom) və Conatan Kinq (Jonathan King) tərəfindən təsis edilib. Şirkət neytral atom texnologiyasından istifadə edən kvant kompüterləri hazırlayır. “Atom Computing”in əsas diqqət mərkəzində klassik kompüterlərin həll etməkdə çətinlik çəkdiyi mürəkkəb problemləri daha sürətli həll edə bilən kvant prosessorlarının hazırlanması dayanır. Şirkət bunu atomlardan kubit kimi istifadə etməklə həyata keçirir.
Şirkətin hazırladığı sistemlər xüsusilə səhvlərə davamlılıq və miqyaslana bilmə prinsipləri əsasında qurulub. Başqa sözlə, məqsəd daha çox kubiti sabit şəkildə bir araya gətirərək real istifadə üçün yararlı kvant kompüterləri istehsal etməkdir.
Bu yanaşma kvant kompüterlərinin laboratoriya mərhələsindən çıxaraq kommersiya istifadəsinə keçməsi baxımından kritik hesab olunur. “Atom Computing”in hədəflədiyi istifadə sahələri arasında dərmanların kəşfi, materialşünaslıq, maliyyə modelləşdirilməsi və mürəkkəb optimizasiya problemlərinin həlli yer alır. Şirkət, həmçinin bu texnologiyanı iri korporativ müştərilər və dövlət qurumları üçün daha əlçatan etməyə çalışır.
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026