Redaktor
Mebellərin Azərbaycana gətirilməsi üçün 132 milyon xərcləndi
Cari ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan mebel və onun hissələrinin idxal dəyərində azalma olub.
Valyuta.az xəbər verir ki, cari ilin ilk 11 ayında ölkəyə 132 milyon 161,64 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub.
Ötən ilin eyni dövründə isə ölkəyə 150 milyon 114,98 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub.
İllik müqayisədə ölkəyə idxal olunan məhsulların dəyərində 17 milyon 953,34 min ABŞ dollarında və ya 11,95% azalma olub.
Qeyd edək ki, cari ilin ilk 11 ayında mebel və onun hissələrinin ümumi idxalda payı 0,62% təşkil edib, ötən ilin eyni dövründə isə bu göstərici 0,80% olub.
Sərvanə Rəmixanova