Redaktor
Müsadirə olunan “Range Rover” endirimli qiymətlə satışa çıxarılır
6 may tarixində xüsusi müsadirə edilmiş əmlakların satışı üzrə hərrac keçiriləcək.
Valyuta.az xəbər verir ki, siyahıda yer alan bütün əmlaklar üçüncü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
Binəqədi rayonu üzrə hərraca bir ədəd mənzil çıxarılır. Mənzil Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyadov prospekti, ev 7a, mənzil 3 ünvanında yerləşir. Ümumi sahəsi 61,11 kv.m təşkil edir. İlkin satış qiyməti 315 000 manat müəyyən edilib. Hərracda iştirak üçün tələb olunan 10% beh məbləği 31 500 manatdır.
Nərimanov rayonu üzrə isə hərraca üç nəqliyyat vasitəsi çıxarılır. Bunlara “Land Rover Range Rover”, “BMW 740I” və “Bentley Continental GT” markalı minik avtomobilləri daxildir. Müvafiq olaraq onların ilkin satış qiymətləri 50 400 manat, 20 700 manat və 58 500 manat təşkil edir. Hərracda iştirak üçün tələb olunan 10% beh məbləği isə uyğun olaraq 5 040 manat, 2 070 manat və 5 850 manatdır.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSiqaret ixracından gəlirlər 4 dəfə artıb
06.04.2026Bakıda 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
06.04.2026Səudiyyə Ərəbistanı neft qiymətlərini rekord səviyyəyə qaldırır
06.04.2026Mərkəzi Bank 2 bankın vəzifəli şəxsini cərimələdi
06.04.2026Bibiheybət yolu bağlandı - nazir əraziyə getdi
06.04.2026“Azərgold”un ixrac gəlirləri 42%-ə yaxın artıb
06.04.2026Azərbaycan Prezidenti: Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır
06.04.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI
06.04.2026Sürücülük vəsiqələri ilə bağlı YENİ QAYDA
06.04.2026Azərbaycan və Gürcüstan liderləri yeni investisiya layihələri barədə müzakirə aparıblar
06.04.2026Peyk xidmətləri ixracında ilk beşlik - lider ölkələr açıqlandı
06.04.2026Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
06.04.2026