Redaktor
Qonşunun səhlənkarlığı mənzilinizə ziyan vurarsa, məsuliyyət kimə düşür?
Çoxmənzilli yaşayış binalarında tez-tez rast gəlinən hallardan biri də qonşuların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində digər mənzillərə zərər dəyməsidir. Məsələn, yuxarı mərtəbədə yaşayan şəxsin suyu açıq qoyması, borularda nasazlığa vaxtında müdaxilə etməməsi və ya texniki qaydalara əməl etməməsi nəticəsində aşağı mərtəbədə nəmişlik, su sızması və digər maddi ziyan yarana bilər.
Belə hallarda zərərin ödənilməsi kim tərəfindən həyata keçirilməlidir?
Hüquqşünas Ramil Süleymanov Valyuta.az-a bildirib ki, bu kimi hallarda məsuliyyət birbaşa zərərin yaranmasına səbəb olan qonşunun üzərinə düşür.
Onun sözlərinə görə, ilk addım olaraq zərərçəkmiş mənzil sahibi mütləq şəkildə müvafiq komissiya təşkil etməlidir: "Zərərçəkmiş şəxs Mənzil İstismar Sahəsinə müraciət edərək komissiya dəvət edə və ya binanın saxlanılmasına cavabdeh olan komendantın, eləcə də müvafiq ustaların iştirakı ilə komissiya formalaşdıra bilər. Bu komissiya tərəfindən hadisə yerinə baxış keçirilir və akt tərtib olunur”, - deyə hüquqşünas qeyd edib.

Hüquqşünas vurğulayıb ki, aktda sızmanın və ya digər zərərin konkret səbəbi müəyyən edilir və bunun qonşunun hərəkəti və ya səhlənkarlığı nəticəsində baş verdiyi təsdiqlənərsə, bu, həmin şəxsin diqqətinə çatdırılır.
Onun sözlərinə görə, əgər zərərə səbəb olan şəxs məsuliyyəti qəbul edib ziyanı ödəyərsə, məsələ məhkəməyə getmədən həll olunur: "Əks halda isə zərərin məbləği hesablanır, zədələnmiş ərazilərin fotoşəkilləri çəkilir və bütün sübutlar toplanaraq aktla birlikdə məhkəməyə təqdim olunur. Sonda zərərçəkmiş tərəf məhkəmə qaydasında vurulmuş ziyanın ödənilməsini tələb edə bilər”, - deyə R.Süleymanov əlavə edib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSiqaret ixracı 4 dəfə artdı
06.04.2026Bakıda 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
06.04.2026Səudiyyə Ərəbistanı neft qiymətlərini rekord səviyyəyə qaldırır
06.04.2026Mərkəzi Bank 2 bankın vəzifəli şəxsini cərimələdi
06.04.2026Bibiheybət yolu bağlandı - nazir əraziyə getdi
06.04.2026“Azərgold”un ixrac gəlirləri 42%-ə yaxın artıb
06.04.2026Azərbaycan Prezidenti: Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır
06.04.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI
06.04.2026Sürücülük vəsiqələri ilə bağlı YENİ QAYDA
06.04.2026Azərbaycan və Gürcüstan liderləri yeni investisiya layihələri barədə müzakirə aparıblar
06.04.2026Peyk xidmətləri ixracında ilk beşlik - lider ölkələr açıqlandı
06.04.2026Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
06.04.2026