"Françayzinqdə onlayn ticarət sürətlə artır”
06.04.2026 12:00
146

"Françayzinqdə onlayn ticarət sürətlə artır”

Camid Mövsümov
Azərbaycan Françayzinq Assosiasiyası İdarə heyətinin sədri

Son illərdə biznes dünyasında müşahidə olunan sürətli dəyişikliklər sahibkarların seçimlərinə də ciddi təsir göstərir. Artıq texnologiyaya uyğunlaşan və uzunmüddətli perspektiv vəd edən istiqamətlər ön plana çıxır. Xüsusilə françayzinq modeli bu baxımdan həm daha təhlükəsiz başlanğıc, həm də daha sistemli inkişaf imkanı təqdim edir. Məhz bu dəyişikliklərin məntiqi davamı olaraq, dünyada olduğu kimi ölkəmizdə də françayzinq yeni dövrə keçid edir.  

“Yeni dövr françayzinqində” rəqəmsal modellərin françayzinqinin verilməsi reallığa çevrilir. Ölkəmizdə son dövrdə sürətli şəkildə inkişaf edən startup və fintech-lərin françayzinq modellərinin hazırlanması və tətbiqi mümkündür.

Ticarət ənənəvi ticarətdən onlayn ticarətə keçir. Bu proses olduqca sürətlə baş verir. Məsələn, hər nə qədər ölkəmizdə tətbiq olunmasa da, hal-hazırda ən aktiv sosial şəbəkə hesab olunan “TikTok” öz rəqəmsal marketini açıb. “TikTok Shop” adlı bu market Azərbaycanda hələ ki aktiv çalışmasa da, dünyada olduqca məşhur ticarət aləti hesab olunur.

Artıq “Alibaba”, “Amazon” kimi elektron ticarət platformalarında hər hansı bir markanın françayzinqini alaraq onlayn mağaza açmaq mümkündür. Pandemiya elektron xidmətlərə qarşı marağı olduqca artırdı. Nəticədə, onlayn xidmət verən şirkətlərin sayı dünyada və ölkəmizdə olduqca artım göstərdi. Əgər öncələri hər hansı bir alış və ya xidmətdən istifadə etmək üçün filiallara müraciət edirdiksə, artıq hər bir əməliyyatı, alışı ağıllı telefonumuzla edə bilirik.

İkinci bir sahə daşınmaz əmlak sahəsidir. Bu sahə də son dövrlərdə olduqca sürətli şəkildə inkişaf edir. Yerli inşaat şirkətlərimiz xarici bazarlara ciddi şəkildə investisiya edirlər. Bu da öz növbəsində daşınmaz əmlakın satışı və idarə olunması işini fərqli inkişaf mərhələsinə keçirir.

Artıq ənənəvi əmlak ofisləri yerini biznes modeli olan, hədəfi yalnız sizə satış etmək deyil, həmçinin əlinizdəki mövcud əmlakı dəyərləndirən və maddi vəsait qazanmağınıza dəstək olan bir alətə çevirir. Bu əmlak ofisləri çox rahat şəkildə öz biznes modellərini və markalarının françayzinqini verərək həm bazara yeni biznes gətirir, həm də françayzinq vasitəsilə özləri çox sürətli inkişaf edirlər.

Qonşu ölkələrimiz olan qardaş Türkiyə və Rusiya da bu model çox böyük inkişaf yolu keçmişdir. Ölkəmizdə son dövrlərdə bu biznes sahəsi maraq cəlb edir. Düşünürəm ki, yaxın 3 ildə bu bizneslə bağlı çox ciddi rəqəmlər müzakirə edə biləcəyik.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Qonşunun səhlənkarlığı mənzilinizə ziyan vurarsa, məsuliyyət kimə düşür?

Qonşunun səhlənkarlığı mənzilinizə ziyan vurarsa, məsuliyyət kimə düşür?

06.04.2026

Müsadirə olunan “Range Rover” endirimli qiymətlə satışa çıxarılır

06.04.2026

Azərbaycan vətəndaşlarının xarici birjalara yatırımları ötən il 400 milyon manatı keçib

06.04.2026

Avtomobil yağları kəskin bahalaşdı - SƏBƏB

06.04.2026

Sabah hava necə olacaq?

06.04.2026

ABA rəhbərliyi Çinə səfəri çərçivəsində AFCA rəhbərliyi ilə görüş keçirib

06.04.2026

Daşınmaz əmlakın icbari sığortasında yığımlar kəskin səviyyədə azalıb

06.04.2026

"PAŞA Bank" əhaliyə səhm satışına başlayır - 1 səhmin qiyməti

06.04.2026

İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

06.04.2026
"Françayzinqdə onlayn ticarət sürətlə artır”

"Françayzinqdə onlayn ticarət sürətlə artır”

06.04.2026

Azərbaycanda qadınlara kişilər qədər maaş ödəniləcək

06.04.2026

BŞİH: Bakıda intensiv yağışlar fəsadlar törədib, qurumlar gücləndirilmiş rejimdə işləyir

06.04.2026

Kəmaləddin Heydərov Keşlədə suyun təsirinə məruz qalmış əraziyə gedib

06.04.2026

Marşrut avtobusları gecikəcək

06.04.2026

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

06.04.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

06.04.2026
Nağd pul krediti şərtləri hansında daha sərfəlidir?

Nağd pul krediti şərtləri hansında daha sərfəlidir? - Xalq bank, yoxsa ATB?

06.04.2026

AFB Bank “Həyat yığım hesabı” ilə müştərilərinə planlı yığım və yüksək gəlir imkanı təqdim edir ®

06.04.2026

Dövlət banklarına kredit qoyuluşu 7,9 milyard manata yüksəlib

06.04.2026

“AtaSığorta” 2 milyonluq zərər edib, yığımları kəskin azaldı

06.04.2026

Məzənnə

Yüklənir...