Nağd pul və kart dövrü bitir: QR ödənişlərin üstünlükləri nələrdir?

Redaktor

11.01.2026 16:51
531

Nağd pul və kart dövrü bitir: QR ödənişlərin üstünlükləri nələrdir?

Son dövrlər ölkədə QR ödənişlər populyarlaşıb. Mərkəzi Bank və digər banklar da bu ödənişləri təşviq edirlər. Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov bildirib ki, AMB QR ödənişlərin kiçik sahibkarlara daha sərfəli olması üçün assosiasiyalarla sıx iş aparır. Qurum rəsmisi vurğulayıb ki, xüsusilə regionlarda dövriyyəsi aşağı olan kiçik sahibkarlıq subyektləri üçün QR ödənişlər daha əlçatan və xərci aşağı ödəniş mexanizmi ola bilər. Bu baxımdan AMB QR ödənişlərin ölkə üzrə geniş tətbiqi və sahibkarlar üçün daha sərfəli olması istiqamətində həm maliyyə sektorunda, həm də qeyri-maliyyə sahəsində fəaliyyət göstərən assosiasiyalarla sıx işləyir. Maraqlıdır, QR ödənişlər niyə təşviq edilir, hansı üstünlükləri var?

Valyuta.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Bu, plastik kartdan istifadə zərurətini aradan qaldırır"

Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Ödəniş Sistemləri və Rəqəmsal Bankçılıq Ekspert Qrupu"nun üzvü Timur Drokin "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, QR ödənişlər sadə və təhlükəsiz olması ilə seçilir: "Bu üsul həm müştərilər, həm də bizneslər üçün rahat və müasir ödəniş forması təmin edir. Eyni zamanda, QR ödənişlər ekvayrinq bazarında özünəməxsus müştəri seqmentinə malikdir. Bu ödəniş üsulu sahibkarlardan əlavə xərclər və ya əlavə avadanlıq sifarişi tələb etmir, onlara satışlarını artırmaq və ödəniş mexanizmini tətbiq etmək baxımından daha açıq imkanlar yaradır. Ödəniş edən tərəf üçün üstünlük mobil telefon vasitəsilə əməliyyatı həyata keçirməkdədir. Bu, plastik kartdan istifadə zərurətini aradan qaldırır. AMB tərəfindən QR ödənişlərin vahid texniki standart və əməliyyat prinsipləri çərçivəsində tənzimlənməsi də bu istiqamətin inkişafı üçün əlverişli şərait yaradır və ödəniş mexanizmlərinin üçüncü tərəflərdən asılılığını azaldır".

"Bank bu ödəniş formasını iqtisadi cəhətdən məqsədəuyğun hesab edir"

ABA üzvü bildirir ki, Mərkəzi Bankın məqsədi ölkədə nağdsız ödəniş mühitini inkişaf etdirmək, rəqəmsal texnologiyaların tətbiqini sürətləndirmək və kölgə iqtisadiyyatının payını azaltmaqdır: "QR ödənişlərin təşviqi maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirir, şəffaflığı artırır və rəqəmsal ekosistemin formalaşmasına şərait yaradır. QR ödənişlərin geniş tətbiqi maliyyə sektorunda texnoloji yeniliklərin artmasına, əməliyyatların daha çevik və səmərəli idarə olunmasına gətirib çıxarır. Banklar üçün bu, müştəri məmnuniyyətinin yüksəldilməsi, xidmətlərin maya dəyərinin azaldılması və rəqəmsal kanalların inkişafı deməkdir".

Sadəlik və əlçatanlıq

T.Drokin hesab edir ki, kiçik sahibkarlar üçün QR ödənişlərin əsas üstünlüyü sadəliyində və əlçatanlığındadır: "Onlar əlavə avadanlıq almadan, minimal xərclə müştərilərdən ödəniş qəbul edə bilirlər. Bu, biznesin əməliyyat xərclərini azaldır, eyni zamanda müştərilərə daha rahat və müasir xidmət təcrübəsi yaradır. Ödənişlərin rəqəmsal uçotu sahibkarlara maliyyə axınlarını şəffaf şəkildə izləməyə və biznesin inkişafı ilə bağlı qərarları daha dəqiq verməyə imkan yaradır".

Cəld və təhlükəsiz əməliyyatlar

Bank eksperti Emin Kərimov deyir ki, QR sözü "Quick Response" ifadəsinin qısaltmasıdır və tərcüməsi də onun mahiyyətini əks etdirir. Yəni bu sistem daha cəld və təhlükəsiz əməliyyatların icrasına imkan yaradır: "Bu, təmassız ödəniş texnologiyasıdır. Həm dünyada, həm də ölkəmizdə getdikcə daha geniş yayılır. Bazarda bu sahənin inkişafına ciddi tələbat var. QR ödənişlərin əsas üstünlüklərindən biri odur ki, əməliyyat zamanı PIN-kod, kart məlumatı və digər şəxsi məlumatların daxil edilməsinə ehtiyac qalmır. İstifadəçi sadəcə POS terminala yaxınlaşıb, telefon vasitəsilə QR kodu yaradaraq saniyələr içində ödənişi icra edir. Bu proses zamanı nə OTP, nə də əlavə şəxsi məlumat tələb olunur. Məhz bu səbəbdən QR texnologiyalarının inkişaf etdirilməsi və təşviqi həm dünya üzrə, həm də ölkəmizdə prioritet istiqamətlərdən biridir".

QR ödənişlərin faydası böyükdür

Mütəxəssisin sözlərinə görə, maliyyə sektoru üçün də QR ödənişlərin faydası böyükdür: "Bu, yeni texnologiyaların tətbiqini stimullaşdırmaqla yanaşı, POS terminal şəbəkəsinin - xüsusilə də mobil POS həllərinin - inkişafına müsbət təsir göstərir. Eyni zamanda POS terminalların sifarişi, ölkəyə gətirilməsi və quraşdırılması ilə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaldır. Çünki bəzi sahibkarlar POS cihazlarının baha olmasını əsas gətirərək onlardan istifadəni gecikdirirdilər. Mobil və QR əsaslı POS-lar isə həm sərfəlidir, həm də iqtisadiyyatın şəffaflaşmasına, qeyri-rəsmi dövriyyənin azalmasına töhfə verir".

Təhlükəsizliyə gəldikdə isə, E.Kərimov bildirir ki, QR ödənişlər etibarlıdır. Lakin digər sahələrdə olduğu kimi burada da müəyyən risklər mövcuddur: "Əsas risk saxta QR kodların yaradılması ilə bağlıdır. Xüsusilə sosial şəbəkələrdə saxta, hətta qumar və digər qanunsuz fəaliyyətləri təbliğ edən QR kodlara rast gəlinə bilər. Buna görə də istifadəçi QR kodun mənbəyini araşdırmadan ondan istifadə etməməlidir. Ümumilikdə, QR ödənişlərdə şəxsi məlumatlardan daha az istifadə olunduğuna görə təhlükəsizlik səviyyəsi yüksəkdir. Bu texnologiyaların inkişafı bank və fintek sektorunda yeni məhsulların yaranmasına müsbət təsir göstərir. Artıq metroda və ictimai nəqliyyatda QR ödənişlərin geniş tətbiqi əməliyyatların daha sürətli və təhlükəsiz şəkildə icra olunmasına imkan yaradır. Nağd ödəniş qəbul edən obyektlərdə də QR texnologiyaları nağdsız dövriyyənin artmasına şərait yaradır".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...