Naxçıvan Ali Məhkəməsində şöbə müdirlərinə artıq ödəniş edildiyi məlum olub

Redaktor

21.04.2026 20:59
54

Naxçıvan Ali Məhkəməsində şöbə müdirlərinə artıq ödəniş edildiyi məlum olub

Hesablama Palatası Naxçıvan Ali Məhkəməsində ödəniş və satınalma pozuntuları aşkarlayıb.

Valyuta.az xəbər verir ki, bu barədə Palatanın "Dövlət auditi" bülletenində bildirilir.

Sənədə əsasən, audit 1 yanvar 2023-cü il tarixindən 1 oktyabr 2025-ci ilə qədər dövrü əhatə edib və ümumilikdə 10,7 milyon manat vəsaiti əhatə edib.

Audit nəticəsində müəyyən olunub ki, Ali Məhkəmədə 3 şöbə yaradılarkən minimum tələb olunan 8 ştat vahidi əvəzinə 3-4 ştat vahidi ilə formalaşdırılıb və nəticədə şöbə müdirlərinə 139 min 540,5 manat artıq vəsait hesablanıb.

Bundan başqa, 3 hakimə 37 589 manat müalicə pulu ödənilib, həmçinin hakimlərə məzuniyyət haqqı hesablanarkən əlavə ödənişlər nəzərə alınmaqla 25 418 manat artıq vəsait hesablanıb.

Audit zamanı müəyyən edilib ki, dövlət qulluqçularına mükafatlandırma üçün nəzərdə tutulmuş vəsait bitdiyindən hakimlər üçün ayrılmış vəsaitdən 80 565 manat istifadə olunub, eləcə də müqavilə ilə işləyən 4 nəfər əməkdaşa 13 950 manat mükafat ödənilib.

Hesabatda qeyd olunub ki, ezamiyyə xərcləri üzrə 1 810 manat, yanacaq xərcləri üzrə isə əlavə olaraq 723 manat vəsait artıq silinib, həmçinin 2024-cü ilin oktyabrından 2025-ci ilin dekabrınadək 2 162 manat dəyərində 1 351,1 litr artıq benzin sərf edilib.

Satınalmalar sahəsində də ciddi pozuntular aşkarlanıb. Belə ki, 5 halda satınalma prosedurları keçirilmədən 31 115 manat məbləğində birbaşa müqavilələr bağlanıb, 5 halda isə 106 686 manat dəyərində satınalma elektron portal vasitəsilə həyata keçirilməyib. Eyni zamanda, 10 halda 220 144 manat məbləğində satınalma ehtimal olunan qiymət alınmadan, 7 halda isə 108 647 manat məbləğində satınalma uyğunluq göstəriciləri olmadan həyata keçirilib.

Bundan əlavə, 2024-cü ildə 83 000 manat dəyərində "Toyota Avalon" markalı minik avtomobilinin bazar qiymətindən 13 640 manat baha alındığı və 14 940 manat ƏDV-nin ödənilmədiyi müəyyən edilib.

Audit zamanı həmçinin 9 844 manat dəyərində 15 adda inventarın çatışmadığı aşkarlanıb.

Hesablama Palatası qeyd edib ki, aşkar olunmuş nöqsanlar dövlət vəsaitlərinin və dövlət əmlakının istifadəsi, satınalmaların təşkili və maliyyə hesabatlarının tərtibi sahəsində mövcud qanunvericiliyin tələblərinə tam əməl olunmadığını göstərir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"iPhone 18" vaxtından gec satışa çıxacaq və texniki göstəriciləri zəifləyəcək

21.04.2026

"Apple"ın istefa verən baş direktoru Tim Kukdan 5 liderlik dərsi

21.04.2026

Hər gün 75 min süni mahnı: Musiqi platformlarında səssiz işğal

21.04.2026

Naxçıvan Ali Məhkəməsində şöbə müdirlərinə artıq ödəniş edildiyi məlum olub

21.04.2026

"28 May" stansiyasında qatar yoluna düşən sərnişin ölüb

21.04.2026

Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

21.04.2026

“Yeni Klinika”nın direktoru işdən çıxarılıb? - Açıqlama/YENİLƏNİB

21.04.2026

53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir

21.04.2026

Son 5 ildə ən çox investisiya alan süni intellekt əsaslı müdafiə şirkətləri

21.04.2026

Gələcəkdə hansı peşələr ən dəyərli olacaq? - Ekspert üç lideri açıqladı

21.04.2026

Kaliforniyada 18 milyon ton "ağ qızıl" tapıldı: Bu, batareya bazarını dəyişə bilər

21.04.2026

Azərbaycanda avtomobillərin icbari sığortası qaydası dəyişdirilir

21.04.2026

Göyçayın bu kəndləri üçün 1,25 milyon manatlıq tender elan edildi

21.04.2026

Bakıda 237 yeni mənzil kirayə yolu ilə satışa çıxarılır – aylıq ödəniş 925 manatdan

21.04.2026

Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlandı

21.04.2026

Onlar da güzəştli ipoteka krediti ala biləcəklər - Fərman

21.04.2026

Hesablama Palatası 1,5 milyard manatdan çox nöqsan aşkarlayıb

21.04.2026

Maliyyə hədəflərinə necə nail olmalı: qısamüddətli, ortamüddətli və uzunmüddətli strategiyalar

21.04.2026

Rusiya bu il 22 ton qızıl satıb

21.04.2026

“A-Qroup Sığorta” hansı banklarda nə qədər depozit yerləşdirib?

21.04.2026

Məzənnə

Yüklənir...