Redaktor
Neftdə dalğalanma: Treyderlər yeni qiymət şokları proqnozlaşdırır
Qlobal neft bazarları yeni qeyri-sabitlik mərhələsinə daxil olub. Yaxın Şərqdə gərginliyin artması və eyni zamanda mövsümi tələbat azalması qiymətlərdə kəskin və gözlənilməz dalğalanmalara səbəb ola bilər.
Valyuta.az xəbər verir ki, bu barədə “Financial Times” yazır.
Ticarət şirkəti “Gunvor”un rəhbəri Qari Pedersen bildirib ki, aprel–iyun dövründə volatillik (qiymət dəyişkənliyi) arta bilər. Onun sözlərinə görə, bu dövr qış mövsümünün yüksək tələbatı ilə yay avtomobil mövsümü arasındakı keçid mərhələsidir və qiymətlər fundamental göstəricilərdən çox xəbərlərə həssas olur.
“Bu, daha mürəkkəb və nisbətən zəif bir dövrdür. Açığını desək, bazar çox qeyri-sabit ola bilər”, deyə Pedersen deyib.
Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozuna görə, ikinci rübdə neft tələbatı gündə 1,5 milyon barel azalacaq. Bu, COVID-19 pandemiyasından bəri ən böyük azalma sayılır. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) isə daha yumşaq azalma – təxminən 500 min barel gözləyir.
“Gunvor”un məlumatına görə, şirkət artıq birinci rübdə 1,6 milyard dollardan çox ümumi gəlir əldə edib ki, bu da ötən illə müqayisə edilə biləcək səviyyədir.
Pedersen bildirib ki, şirkət 2022-ci ildə Rusiya–Ukrayna müharibəsindən sonra yaranan bazar şoklarını nəzərə alaraq risklərini yenidən qurub və fiziki neft ticarətinə üstünlük verib. Bu, qiymət dalğalanmalarına qarşı daha dayanıqlı strategiya hesab olunur.
Fyuçers bazarında qiymətlər düşsə də, fiziki neft bazarında gərginlik qalır. Alıcılar Fars körfəzindən alternativ tədarük mənbələri axtarır. Pedersenin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın siyasi açıqlamaları da bazar dinamikasına təsir göstərir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərŞuşada 29 milyon manata 7 yeni yaşayış binası tikiləcək
21.04.2026
Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb - YENİLƏNİB
21.04.2026“Paşa Bank”da təhlükəli kreditlər 4 dəfəyə yaxın artıb
21.04.2026Sabah 22 dərəcə isti olacaq
21.04.2026Fransa sərt büdcə qənaətinə keçir
21.04.2026Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"
21.04.2026Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
21.04.202628 May ətrafında tramvay şəbəkəsi yaradılır
21.04.2026Bakı metrosunda ən gəlirli və ən sıx 5 stansiya açıqlanıb
21.04.2026Azərbaycanda qızıl istehsalı azalıb
21.04.2026
"Bank Respublika"nın hansı rayonda vaxtı keçmiş kreditləri çoxdur? - CƏDVƏL
21.04.202617 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi
21.04.2026“Kapital Bank”ın verdiyi bu kreditlərin məbləği 934 milyon manatdan çox artıb
21.04.2026Azərbaycan neftinin qiyməti 110 dolları keçib
21.04.2026"Apple"ın baş icraçı direktoru Tim Kuk istefa verdiyini açıqlayıb: şirkətə kim rəhbərlik edəcək?
21.04.2026
İki mərtəbəli ev tikmək üçün icazə alınmalıdır?
21.04.2026
Həyat yoldaşı ilə ortaq biznes qurdu, “İlin iş adam”ı seçildilər - MÜSAHİBƏ
21.04.2026Bakıda metronun altından avtomobil yolu keçəcək
21.04.2026Avro və rubl bahalaşır
21.04.2026