Redaktor
Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
Getdikcə daha çox səyahətçi Avropanın az tanınan məkanlarını seçərək orijinal təəssüratlar axtarır və standart marşrutlardan uzaqlaşır.
Valyuta.az xəbər verir ki, "Travel Off Path" nəşri bu il öz tarixinin ən yaxşı mövsümünü yaşayan 3 heyrətamiz Avropa şəhərini açıqlayıb.
Qeyd olunur ki, bu şəhərlər hələlik Paris və Barselona kimi nəhəng turist izdihamı ilə qarşılaşmır. Sosial şəbəkələrdə onlar haqqında az danışılır, bu isə onları daha sakit və rahat şəkildə kəşf etməyə imkan verir.
Vrotslav: Polşanın yeni rəngarəng mərkəzi
Polşada turistlər üçün ən populyar şəhər hələ də Varşavadır. Lakin təcrübəli səyahətçilər Vrotslava diqqət yetirməyi tövsiyə edir. Hazırda bu şəhər ölkədə turist istiqamətləri arasında dördüncü yerdədir.
Nəşrin məlumatına görə, Vrotslav son illərdə rəngarəng fasadlı küçələri, nağılvari körpüləri və Avropada ən sərfəli qiymətlərdən biri ilə Polşanın əsas görməli yerlərindən birinə çevrilib.
Göttingen: Almaniyanın gizli incisi
Nəşr qeyd edir ki, Münhen artıq turistlərlə doludur, Frankfurt isə digər böyük şəhərlərdən fərqlənmir. Əsl Almaniyanı görmək istəyən səyahətçilərə Göttingen şəhəri tövsiyə olunur.
Göttingendə turistlər orta əsr ab-havasını qoruyan köhnə şəhəri, rəngarəng yarımtaxta evlərlə bəzədilmiş küçələri və canlı bar mühitini kəşf edə bilərlər.
Kopenhagen: Köhnə dünya cazibəsi olan sahil şəhəri
Nəşr bildirir ki, Kopenhagen həm alış-veriş imkanları, həm də müasir mətbəxi və köhnə dünya cazibəsi ilə seçilən sahil şəhəridir. Təkcə mart ayında buraya 2,6 milyon turist səfər edib.
Turistlərə Kopenhageni velosipedlə gəzmək tövsiyə olunur. Bu, şəhərdə ən populyar nəqliyyat vasitəsidir.
Səyahətçilərə xəbərdarlıq edilir ki, Kopenhagendə qiymətlər yüksəkdir. Bir fincan amerикano təxminən 8 dollar, sadə yeməklər isə orta hesabla 20 dollar civarındadır.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026