"Paşa Sığorta"nın xalis mənfəəti 40% azaldı

Redaktor

27.04.2026 14:00
124

"Paşa Sığorta"nın xalis mənfəəti 40% azaldı

“Paşa Sığorta” ASC cari ilin I rübündə 88 milyon 571 min 804 manat gəlir əldə edib.

Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə şirkətin gəlirləri 77 milyon 731 min 307 manat olub. Bu isə illik müqayisədə 10 milyon 840 min 497 manat və ya 13,9% artım deməkdir.

Şirkətin əsas əməliyyat gəlirləri cari ilin ilk 3 ayında 122 milyon 799 min 107 manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 115 milyon 127 min 839 manat olub. Nəticədə əsas əməliyyat gəlirləri illik müqayisədə 7 milyon 671 min 268 manat və ya 6,7% artıb.

Əsas əməliyyat xərcləri isə hesabat dövründə 60 milyon 245 min 048 manat olub. Ötən ilin eyni dövründə bu rəqəm 43 milyon 823 min 650 manat təşkil edib. Bu da illik müqayisədə 16 milyon 421 min 398 manat və ya 37,5% artım deməkdir.

“Paşa Sığorta”nın maliyyə mənfəəti cari ilin I rübündə 10 milyon 646 min 648 manat olub. Halbuki ötən ilin eyni dövründə bu göstərici 17 milyon 753 min 855 manat idi. Beləliklə, maliyyə mənfəəti 7 milyon 107 min 207 manat və ya 40% azalıb.

Şirkətin xalis mənfəəti isə illik müqayisədə azalıb. Cari ilin yanvar-mart aylarında “Paşa Sığorta” 8 milyon 517 min 319 manat xalis mənfəət əldə edib. Bu göstərici ötən ilin eyni dövründə 14 milyon 203 min 084 manat olub.

Nəticədə xalis mənfəət 5 milyon 685 min 765 manat və ya 40% geriləyib.

Öhdəliklərinə gəldikdə isə, şirkətin cəmi öhdəlikləri cari ilin I rübündə 393 milyon 437 min 862 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 110 milyon 106 min 314 manat və ya 38,9% artım deməkdir.

Aktivləri isə 497 milyon 107 min 960 manat olub. Ötən ilin eyni dövründə bu göstərici 389 milyon 565 min 368 manat təşkil edib. Beləliklə, şirkətin aktivləri illik müqayisədə 107 milyon 542 min 592 manat və ya 27,6% artıb.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanın şampun aldığı ölkələr - TOP 10

28.04.2026

"OpenAI" öz telefonu ilə smartfon bazarına daxil olmağa hazırlaşır

28.04.2026

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

28.04.2026

İlham Əliyevin medal verdiyi türk və alman iş adamları kimdir?

28.04.2026

Prezident məşhur şirkətin sahibinə "Tərəqqi" medalı verdi

28.04.2026

İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib

28.04.2026

Prezident sahibkarları təltif etdi - SİYAHI

28.04.2026

“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü ®

28.04.2026

Azərbaycanda şirkət nizamnamə kapitalını 21,1 milyon manat azaldıb

28.04.2026

Süni intellekt nəhəngi "Nvidia"dan tarixi rekord

28.04.2026

Sabah hava necə olacaq?

28.04.2026
Müştərilərə verilən kreditləri 1 milyard manatdan aşağı olan banklar

Müştərilərə verilən kreditləri 1 milyard manatdan aşağı olan banklar - CƏDVƏL

28.04.2026

Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI

28.04.2026

Bu şəxslərin 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək

28.04.2026

“Azərbaycan Sənaye Sığorta”nın avtoyığımları 45 mindən çox azaldı

28.04.2026

Müəllimlərin işə qəbulu imtahanlarının iyulun 1-8-də keçirilməsi planlaşdırılır

28.04.2026

Prezident sel və daşqınlarla bağlı 85 milyon manatdan artıq vəsait ayırdı

28.04.2026
"Unibank"a depozit üçün daha çox kim üz tutur

"Unibank"a depozit üçün daha çox kim üz tutur - əhali, yoxsa şirkətlər?

28.04.2026

9 yüksək vəzifəli şəxs işdən azad edildi - ADLARI

28.04.2026

Emin Əmrullayevdən yüksək vəzifəyə TƏYİNAT

28.04.2026

Məzənnə

Yüklənir...