Redaktor
"Unibank"a depozit üçün daha çox kim üz tutur - əhali, yoxsa şirkətlər?
2026-cı ilin I rübünün sonuna "Unibank"da depozitlərin ümumi həcmi 1 milyard 378 milyon 499 min manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 173 milyon 219 min manat və ya 14,4% çoxdur.
2025-ci ilin I rübündə bankın ümumi depozit portfeli 1 milyard 205 milyon 280 min manat olub.
Bankda depozitlərin əsas hissəsi fiziki şəxslərin payına düşüb. Hesabat dövrünün sonunda fiziki şəxslərin depozitləri 1 milyard 98 milyon 683 min manat təşkil edib. 2025-ci ilin I rübündə bu göstərici 964 milyon 69 min manat olub. Bu, illik müqayisədə 134 milyon 614 min manat və ya 14% artım deməkdir.
Hüquqi şəxslərin depozitləri isə 2026-cı ilin I rübünün sonunda 279 milyon 816 min manat səviyyəsində olub. Bu kateqoriya üzrə illik artım 38 milyon 605 min manat və ya 16% təşkil edib. 2025-ci ilin eyni dövründə şirkətlərin depozitləri 241 milyon 211 min manat olub.
Beləliklə, "Unibank"da depozit portfelində üstünlük yenə də əhaliyə məxsus olub. 2026-cı ilin I rübünün sonuna fiziki şəxslərin depozitləri ümumi portfelin təxminən 79,7%-ni, hüquqi şəxslərin depozitləri isə 20,3%-ni təşkil edib.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Əhalinin əmanətləri hansı banklarda cəmlənib? - RENKİNQ
Öhdəlikləri milyard manatı keçən banklar - CƏDVƏL
Faiz gəlirlərinə görə ikinci olan ABB qazancını nələrdən əldə edib?
Kredit üçün hansı bankı seçməli: AccessBank, yoxsa Unibank?
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Bank Respublika" göstərdiyi xidmətlərdən nə qədər qazanıb? - Rəqəmlər
28.04.2026Vasif Eyvazova yüksək vəzifə verildi
28.04.2026Sığorta şirkətləri I rübdə topladığı yığımları açıqladı
28.04.2026"AzSığorta" ilk rübdə banklardan çox qazana bilməyib
28.04.2026Azərbaycanın şampun aldığı ölkələr - TOP 10
28.04.2026"OpenAI" öz telefonu ilə smartfon bazarına daxil olmağa hazırlaşır
28.04.2026İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib
28.04.2026İlham Əliyevin medal verdiyi türk və alman iş adamları kimdir?
28.04.2026Prezident məşhur şirkətin sahibinə "Tərəqqi" medalı verdi
28.04.2026İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib
28.04.2026Prezident sahibkarları təltif etdi - SİYAHI
28.04.2026“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü ®
28.04.2026Azərbaycanda şirkət nizamnamə kapitalını 21,1 milyon manat azaldıb
28.04.2026Süni intellekt nəhəngi "Nvidia"dan tarixi rekord
28.04.2026Sabah hava necə olacaq?
28.04.2026