Yeni rəhbərin “öz komandasını gətirməsi” idarəetmə baxımından məntiqli addımdır
Xəyyam Əsgərov
HR/İdarə etmə üzrə beynəlxalq standartlar üzrə ekspert
Yeni rəhbər təyin olunur və qısa müddət sonra kadr dəyişiklikləri başlayır. Bu, təsadüfi deyil.
Bu, dünya praktikasında mövcud olan və müəyyən hallarda əsaslandırılmış idarəetmə yanaşmasıdır. Hər düzgün alət kimi, yanlış tətbiq edildikdə ciddi risklər yaradır.
Beynəlxalq təcrübə: niyə rəhbər öz komandasını qurur?
Dünya praktikasında, istər dövlət idarəçiliyində, istərsə də iri holdinqlərdə yeni rəhbərlərin öz komandası ilə işləməsi geniş yayılmışdır. Bunun əsas səbəbi yeni rəhbərdən qısa müddətdə ölçülə bilən nəticə gözlənilir.
Bu isə onu aşağıdakı addımlara yönəldir:
Etibar etdiyi insanlarla işləmək
Vaxt itirmədən nəticə əldə etmək
Riskləri minimuma endirmək
Xüsusilə əvvəldən birlikdə işləyən komanda bir-birini tanıyır, sürətli qərar verir və tez nəticə göstərir
Bu səbəbdən “öz komandasını gətirmək” idarəetmə baxımından məntiqli addım hesab olunur, amma bu yanaşma tam həll deyil. Mövcud komanda ilə işləmək çətin ola bilər, lakin, “öz komandasını gətirmək” riskləri aradan qaldırmır, sadəcə riskin formasını dəyişir. Çünki tanıdığın insan da xəyanət edə bilər. Etibar peşəkarlığı əvəz etmir. Komanda uyğunluğu olsa da, kompetensiya zəif ola bilər.
Azərbaycan reallığı: yanaşmanın deformasiyası
Azərbaycanda bu praktikada ciddi sapmalar müşahidə olunur. İdarəetmə aləti olan bu yanaşma ənənəyə və avtomatik davranışa çevrilib. Yeni rəhbər çox vaxt mövcud kadrların peşəkarlığını qiymətləndirmir, verilmiş vədləri nəzərə almır, öz komandasını avtomatik daha güclü hesab edir. Halbuki, hər yeni komanda daha peşəkar demək deyil.
Qurum üçün ən təhlükəli tendensiya: qrup maraqları və ört-basdır mədəniyyəti, rəhbər üçün təhlükəli olan uzun müddət onu tanıyan komanda üzvü onun zəif tərəflərini bilməsi.
Azərbaycan praktikasında ən ciddi risk bundan ibarətdir:
Komanda daxilində şəxsi və qrup maraqları, vəzifə öhdəliklərini üstələyir. Bu zaman qeyri-peşəkarlıq və pozuntular gizlədilir, komanda üzvləri bir-birini obyektiv yox, maraqlara görə müdafiə edir. Rəhbər real vəziyyəti deyil, filtrlənmiş informasiyanı görür. Nəticədə şirkətin və ya dövlətin maraqları ikinci plana keçir.
“Öz komandası” yanaşmasının 3 əsas riski
Xəyanət riski
Tanış olan şəxs rəhbərin zəif tərəflərini bildiyi üçün onu daha asan manipulyasiya edə bilər
Peşəkarlıq çatışmazlığı
Tanışlıq kompetensiyanı əvəz etdikdə, idarəetmə səhv qurulur
Maraq toqquşması
Komandanın şəxsi maraqları təşkilatın maraqlarını üstələyir.
Ən doğru yanaşma nədir?
Vəzifəyə təyinat və kadr seçimi yalnız bir prinsipə əsaslanmalıdır: peşəkarlıq.
Effektiv rəhbər “öz adamı” yox, düzgün adam seçir, etimadı yox, nəticəni ölçür, komanda yox, sistem qurur. Tək mənbəyə yox, obyektiv məlumatlara əsaslanır.
Sistem yoxdursa, nə baş verir?
Komanda qruplaşmaya, etimad kor loyalığa çevrilir. İdarəetmə nəzarətsiz qalır.
Yeni rəhbərin kadr dəyişiklikləri etməsi, dünya praktikasında normaldır, amma düzgün tətbiq olunmadıqda ciddi risk yaradır.
Əsl liderlik tanışları toplamaq deyil, peşəkar və obyektiv sistem qurmaqdır

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Bank Respublika" göstərdiyi xidmətlərdən nə qədər qazanıb? - Rəqəmlər
28.04.2026Vasif Eyvazova yüksək vəzifə verildi
28.04.2026Sığorta şirkətləri I rübdə topladığı yığımları açıqladı
28.04.2026"AzSığorta" ilk rübdə banklardan çox qazana bilməyib
28.04.2026Azərbaycanın şampun aldığı ölkələr - TOP 10
28.04.2026"OpenAI" öz telefonu ilə smartfon bazarına daxil olmağa hazırlaşır
28.04.2026İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib
28.04.2026İlham Əliyevin medal verdiyi türk və alman iş adamları kimdir?
28.04.2026Prezident məşhur şirkətin sahibinə "Tərəqqi" medalı verdi
28.04.2026İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib
28.04.2026Prezident sahibkarları təltif etdi - SİYAHI
28.04.2026“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü ®
28.04.2026Azərbaycanda şirkət nizamnamə kapitalını 21,1 milyon manat azaldıb
28.04.2026Süni intellekt nəhəngi "Nvidia"dan tarixi rekord
28.04.2026Sabah hava necə olacaq?
28.04.2026