İlham Əliyevin medal verdiyi türk və alman iş adamları kimdir?

Redaktor

28.04.2026 14:31
126

İlham Əliyevin medal verdiyi türk və alman iş adamları kimdir?

Bu gün Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup sahibkara "Tərəqqi" medalı verilməsi barədə sərəncam imzalayıb. 

Prezidentin təltif etdiyi sahibkarlar arasında xarici ölkə vətəndaşları da yer alıb.

Valyuta.az "Modern.az"a istinadən xəbər verir ki, “Tərəqqi” medalı ilə təltif edilən şəxslər arasında türk iş adamı Necmeddin Taşbağ və alman sahibkarı Jana Krimpe də var. 

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin idarə heyətinin sədri Necmeddin Taşbağ "Kartaş Kimya" MMC, 2000-ci ildən Azərbaycanda fəaliyyət göstərərək “Mr. Fix” brendi altında tikinti kimyəviləri istehsal edir. Şirkət müasir texnologiyalarla təchiz olunmuş Sumqayıt Kimya Sənaye Parkında yerləşən zavodunda geniş çeşidli məhsullar istehsal edərək daxili bazarı təmin etməklə yanaşı, ixrac imkanlarını da artırmağı hədəfləyir. Şirkətdə 250 nəfər işçinin çalışması planlaşdırılır. İstehsal prosesində yüksək keyfiyyət və ekoloji standartlar ön planda tutulur, bu isə məhsulların müasir texnologiya ilə hazırlanmasını və beynəlxalq standartlara uyğunluğunu təmin edir. Şirkət ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi çərçivəsində fəaliyyət göstərir və bütün məhsullar beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq istehsal olunur.

“ASAN İmza” mobil elektron imzanın operatoru – “B.EST Solutions Azerbaijan” şirkətinin təsisçisi və rəhbəri Jana Krimpe əslən almandır. J. Krimpenin rəhbəri olduğu B.EST Solutions Azerbaijan ölkədə rəqəmsal texnologiyaların tətbiqi və elektron xidmətlərin inkişafı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkət əsasən mobil identifikasiya, elektron imza və rəqəmsal təhlükəsizlik həlləri üzrə ixtisaslaşıb.

Onun ən tanınmış layihəsi olan "Asan İmza" Azərbaycanda geniş istifadə olunur və vətəndaşlar, sahibkarlar, eləcə də dövlət qurumları üçün rəqəmsal identifikasiya vasitəsi kimi çıxış edir. Bu texnologiya elektron xidmətlərə çıxışı asanlaşdırır və sənədlərin məsafədən hüquqi təsdiqini mümkün edir.

B.EST Solutions Azerbaijan dövlət və özəl sektorla əməkdaşlıq çərçivəsində ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına töhfə verir və innovativ həllərin tətbiqi ilə seçilir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Bank Respublika" göstərdiyi xidmətlərdən nə qədər qazanıb? - Rəqəmlər

28.04.2026

Vasif Eyvazova yüksək vəzifə verildi

28.04.2026

Sığorta şirkətləri I rübdə topladığı yığımları açıqladı

28.04.2026

"AzSığorta" ilk rübdə banklardan çox qazana bilməyib

28.04.2026

Azərbaycanın şampun aldığı ölkələr - TOP 10

28.04.2026

"OpenAI" öz telefonu ilə smartfon bazarına daxil olmağa hazırlaşır

28.04.2026

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

28.04.2026

İlham Əliyevin medal verdiyi türk və alman iş adamları kimdir?

28.04.2026

Prezident məşhur şirkətin sahibinə "Tərəqqi" medalı verdi

28.04.2026

İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib

28.04.2026

Prezident sahibkarları təltif etdi - SİYAHI

28.04.2026

“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü ®

28.04.2026

Azərbaycanda şirkət nizamnamə kapitalını 21,1 milyon manat azaldıb

28.04.2026

Süni intellekt nəhəngi "Nvidia"dan tarixi rekord

28.04.2026

Sabah hava necə olacaq?

28.04.2026
Müştərilərə verilən kreditləri 1 milyard manatdan aşağı olan banklar

Müştərilərə verilən kreditləri 1 milyard manatdan aşağı olan banklar - CƏDVƏL

28.04.2026

Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI

28.04.2026

Bu şəxslərin 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək

28.04.2026

“Azərbaycan Sənaye Sığorta”nın avtoyığımları 45 mindən çox azaldı

28.04.2026

Müəllimlərin işə qəbulu imtahanlarının iyulun 1-8-də keçirilməsi planlaşdırılır

28.04.2026

Məzənnə

Yüklənir...