Bahar Dadaşova
Strateq, Mentor və Biznes idarəetməsi üzrə ekspert
Çox vaxt deyilir ki, insan yeni işə başlayırsa, bütün enerjisini və diqqətini yalnız ora yönəltməlidir. Amma reallıqda bir çox insan maliyyə sabitliyini qorumaq üçün əsas işini saxlayaraq biznes qurmağa çalışır.
Biznesə başlayanda işi saxlamaq doğrudurmu və rəhbər buna görə işçini işdən çıxara bilərmi?
Yeni biznes və mövcud karyera balansı: strateji və etik yanaşma
Yeni işə başlayarkən “bütün körpüləri yandırmaq” yanaşması çox vaxt romantikləşdirilir. Lakin reallıq daha soyuqqanlı və strateji planlama tələb edir. Bu məsələ ilə bağlı əsas tezislərim bunlardır:
“Hesablanmış risk” modeli
Biznesin ilk mərhələlərində gəlir qeyri-müəyyən olur. Əgər sahibkarın arxasında onu ən azı 6-12 ay təmin edəcək maliyyə yastığı yoxdursa, o, strateji deyil, “sağ qalmaq” instinkti ilə tələsik qərarlar verir. Mövcud işi müəyyən müddət saxlamaq yeni biznesin düzgün formalaşması üçün lazım olan maliyyə və psixoloji rahatlığı təmin edir. Mən həmişə “keçid strategiyası”nın tərəfdarıyam: nə zaman ki, yeni işin gətirdiyi gəlir və ya tələb etdiyi zaman əsas işi üstələməyə başlayır, məhz o zaman bütün diqqəti həmin istiqamətə yönəltmək peşəkar addımdır.
Rəhbər və işçi münasibətləri: etika və performans
İşçinin öz biznesini qurması rəhbərlik üçün təhdid deyil. Əksinə, bu, onun daxili motivasiyasının və sahibkarlıq ruhunun (ownership mindset) göstəricisidir. Lakin burada iki “qırmızı xətt” var:
Maraqların toqquşması: Əgər biznes mövcud şirkətin resurslarından müştəri bazası, konfidensial məlumatlar və digər imkanlardan - istifadə edirsə, bu, hüquqi və etik pozuntudur.
Performansın aşağı düşməsi: İşçi öz layihəsinə görə əsas öhdəliklərini yerinə yetirmirsə, bu, müqaviləyə xitam verilməsi üçün əsas sayıla bilər.
Tövsiyəm dürüstlükdür. Əgər qurduğunuz iş mövcud şirkətə rəqib deyilsə, bunu rəhbərliklə şəffaf şəkildə bölüşmək olar. Müasir rəhbərlər işçisinin inkişafına mane olmur, əksinə, onun enerjisindən şirkətdaxili yeni layihələrdə yararlanmağa çalışırlar. Öz gələcəyinizi qurarkən peşəkar imicinizi zədələməyin.

Əlaqəli Xəbərlər
Rəhbər vəzifələrə itaətkar şəxslər gətirilir?
“Şirkət 3-4 dəfə böyüyürsə, rəhbərin maaşının 2 dəfə artırılması ədalətlidir”
Maaş artımı iş dəyişməklə əldə olunur?
"Bu biznes gündə 4-6 saat vaxt alacaqsa, mən nə itirirəm?"
Sahibkar 17 000 manat istəyirdi, dedim 12 000-dən baha sata bilməzsən
Biznesi nə vaxt satmaq lazımdır?
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026