Redaktor
"OpenAI" öz telefonu ilə smartfon bazarına daxil olmağa hazırlaşır
Süni intellekt sahəsində aparıcı şirkətlərdən olan “OpenAI” artıq təkcə proqram təminatı ilə kifayətlənməyərək birbaşa avadanlıq sahəsinə keçid edir.
Valyuta.az xəbər verir ki, sənayenin etibarlı analitiklərindən Minq-Çi Kuonun son hesabatına görə, şirkət "MediaTek", "Qualcomm" və "Luxshare" kimi nəhənglərlə əməkdaşlıq edərək öz smartfonunu hazırlamağı planlaşdırır.
Bu addım “OpenAI”ın milyardlarla istifadəçiyə çatan ChatGPT gücünü məhdudiyyətlərdən azad xüsusi bir cihazda birləşdirmək istəyini göstərir. Hazırlanan yeni cihazın ən diqqətçəkən xüsusiyyəti isə ənənəvi tətbiq ekosistemindən imtina ehtimalıdır. Mövcud vəziyyətdə "Apple" və "Google"un qaydalarına tabe olan süni intellekt funksiyaları, şirkətin öz cihazını istehsal etməsi ilə daha sərbəst şəkildə işləyə bilər.
İstifadəçilərin müxtəlif tətbiqlər arasında keçid etməsi əvəzinə birbaşa süni intellekt agentləri ilə ünsiyyət quracağı bildirilir. Bu yanaşma təkcə “OpenAI” tərəfindən deyil, tətbiqlərin gələcəkdə əhəmiyyətini itirəcəyi fikrini müdafiə edən digər texnologiya liderləri tərəfindən də dəstəklənir.
Kuonun məlumatına görə, “OpenAI” istifadəçinin davranışlarını və vəziyyətini davamlı analiz edən sistem üzərində işləyir. Cihazın mürəkkəb tapşırıqlar üçün bulud əsaslı sistemlərdən, sadə və sürətli əməliyyatlar üçün isə cihazdaxili kiçik süni intellekt modellərindən birlikdə istifadə etməsi gözlənilir. Bu yanaşma şirkətə daha fərdiləşdirilmiş və dərin istifadəçi təcrübəsi yaratmaq imkanı verəcək.
Layihənin vaxt cədvəli ilə bağlı da ilkin detallar ortaya çıxıb. Təchizat zəncirinin və texniki xüsusiyyətlərin 2027-ci ilin əvvəlinə qədər dəqiqləşdirilməsi, kütləvi istehsalın isə 2028-ci ildə başlaması proqnozlaşdırılır. Bununla belə, şirkətin avadanlıq sahəsinə ilk addımı daha tez atacağı ehtimal olunur. “OpenAI” Qlobal Əlaqələr rəhbəri Kris Lehan 2026-cı ilin ikinci yarısında ilk avadanlıq məhsullarını təqdim edəcəklərini bildirib. İlk məhsulun telefon deyil, daha çox inkişaf etmiş xüsusiyyətlərə malik ağıllı qulaqlıq ola biləcəyi də qeyd edilir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Bank Respublika" göstərdiyi xidmətlərdən nə qədər qazanıb? - Rəqəmlər
28.04.2026Vasif Eyvazova yüksək vəzifə verildi
28.04.2026Sığorta şirkətləri I rübdə topladığı yığımları açıqladı
28.04.2026"AzSığorta" ilk rübdə banklardan çox qazana bilməyib
28.04.2026Azərbaycanın şampun aldığı ölkələr - TOP 10
28.04.2026"OpenAI" öz telefonu ilə smartfon bazarına daxil olmağa hazırlaşır
28.04.2026İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib
28.04.2026İlham Əliyevin medal verdiyi türk və alman iş adamları kimdir?
28.04.2026Prezident məşhur şirkətin sahibinə "Tərəqqi" medalı verdi
28.04.2026İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib
28.04.2026Prezident sahibkarları təltif etdi - SİYAHI
28.04.2026“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü ®
28.04.2026Azərbaycanda şirkət nizamnamə kapitalını 21,1 milyon manat azaldıb
28.04.2026Süni intellekt nəhəngi "Nvidia"dan tarixi rekord
28.04.2026Sabah hava necə olacaq?
28.04.2026