Redaktor
“Qohumbazlıq iş mühitində mənfi motivasiya yaradır” - Ekspert
İş mühitində ədalət və şəffaflıq motivasiyanın əsas şərtidir. Qərarların peşəkar meyarlarla deyil, şəxsi münasibətlərlə verildiyi mühitdə isə bu balans pozulur. Qohumbazlıq təkcə kadr məsələsi deyil, komanda ruhuna və ümumi performansa təsir edən amilə çevrilir.
Qohumbazlıq digər işçilərin motivasiyasını və nəticələrini necə dəyişir?
İnsan Resursları üzrə mütəxəsis İlkin Mirzəzadə Valyuta.az-a bildirir ki, ümumiyyətlə, qohumbazlıq, tərəf tutma, yerlibazlıq və s. kimi proseslər ofis mühitində həmişə mənfi motivasiyanın yaranmasına səbəb olur:
“Əgər qohumbazlıq xüsusilə həmin şəxsin digər işçilər qarşısında daha çox önə çıxmasına səbəb olursa, həmin şəxs ödənişlərdə (əməkhaqqında), vəzifə artımında və digər proseslərdə önə çıxırsa və haqsız rəqabət mühiti yaranırsa, təbii ki, bu, mənfi motivasiyanın yaranmasına səbəb olacaq. Bununla bərabər, işçilərin incik şəkildə işdən ayrılmasına, işçilərin ümumi performansının düşməsinə səbəb olacaq. Yəni sırf bu kimi problemlər yaranacaq”.

“Ona görə də, tövsiyə olunur ki, bu kimi hallardan ofis mühitində, iş mühitində istifadə olunmasın. Bu olarsa, qısamüddətli ciddi hadisələr olmasa belə, uzunmüddətli perspektivdə iş yerinə hər bir halda mənfi təsir edəcək. Həm mənfi motivasiya atmosferi yaranacaq, həm də şirkət yaxşı işçiləri itirəcək” - deyə İ.Mirzəzadə qeyd edir.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026