Sahibi vəfat edən və ya unudulan bank hesablarındakı pullar kimə çatır?

Redaktor

18.02.2026 09:40
234

Sahibi vəfat edən və ya unudulan bank hesablarındakı pullar kimə çatır?

Bank hesabında qalan vəsaitin taleyi bəzi hallarda müzakirə mövzusuna çevrilir. Xüsusilə hesab sahibinin vəfat etməsi və ya illərlə istifadə olunmayan hesabların mövcudluğu vətəndaşlar arasında suallar yaradır.

Sahibi ölmüş və ya hesabı unutmuş şəxslərin pulları hara gedir? Banklar bu pulları dövlətə qaytarır?

Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirib ki, hesab sahibi vəfat etdikdə, digər əmlak və hüquqlar kimi, bank hesabında olan vəsaitlər də mirasçılara keçir:

"Miras bölgüsü zamanı mərhumun hesabının yerləşdiyi bankda həmin hesab bağlanır və hesabda qalan vəsaitlər qanunvericiliyin tələblərinə uyğun olaraq mirasçılar arasında bölüşdürülür. Şəxsin bank hesabını itirməsi və ya unutması halında isə yanaşma fərqlidir. Vətəndaş hesabını unutmuş olsa da, bu, onun həmin hesabdakı vəsaitdən istifadə etmək hüququnu itirməsi demək deyil. O, istənilən vaxt şəxsiyyət vəsiqəsi ilə banka müraciət edərək identifikasiya prosedurundan keçə, məlumatlarını təsdiqlədə və hesabını yenidən aktivləşdirə bilər. Bundan sonra hesabdakı vəsaiti istifadə edə və ya nağd şəkildə çıxara bilər. Əgər vətəndaş hər hansı bankda hesabının və vəsaitinin olduğunu unutmuş və həmin vəsaiti götürməmişdirsə, bank fəaliyyət göstərdiyi müddətdə hesab aktiv qalır və vəsait vətəndaşın adına saxlanılır. Bu vəsait heç bir halda dövlətə qaytarılmır. Yalnız bankın bağlanması və ya ləğvi halında həmin hesablarda qalan vəsaitlərin taleyi ilə bağlı müvafiq prosedurlar tətbiq olunur. Bu zaman vətəndaşlar müəyyən edilərək onlarla əlaqə saxlanılır və vəsaitlərin sahiblərinə qaytarılması təmin edilir. Bank fəaliyyətini davam etdirdiyi müddətdə isə müştərinin vəsaiti hesabda qalır və hüquqi baxımdan ona məxsus hesab olunur".

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...