Redaktor
Şahin Əliyev: "Yerli kibertəhlükəsizlik startapına Avropada ciddi maraq var"
Azərbaycanın kibertəhlükəsizlik startapı olan "Cypho"ya bir sıra Avropa ölkələrinin ciddi marağı var.
Valyuta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günündə bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) hesabatına əsasən, Azərbaycan kibertəhlükəsizlik sahəsində son illərdə reytinqdə 40 pillə irəliləyərək dünya orta göstəricisindən yuxarı mövqe tutub: "Azərbaycan bu reytinqdə bir sıra qabaqcıl ölkələri geridə qoyub. Milli strategiyanın qəbul olunması, kadr potensialının gücləndirilməsi və dövlət qurumlarında struktur islahatları bu sürətli inkişafı təmin edən əsas amillər kimi göstərilib".
Ş. Əliyev yerli kibertəhlükəsizlik məhsullarına beynəlxalq marağın artdığını da diqqətə çatdırıb: "Xüsusilə yerli kibertəhlükəsizlik startapı olan "Cypho"ya Türkiyə və bir sıra Avropa ölkələrindən ciddi maraq var, bu istiqamətdə danışıqlar davam edir. Bundan əlavə, Mərkəzi Asiya və Afrika ölkələrindən də mərkəzin fəaliyyət modelinə maraq müşahidə olunur".
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026