Redaktor
Süni intellekt çirkliliyi gəncləri təhdid edir
Son dövrlər internet mühiti “AI slop” adlandırılan və süni intellekt tərəfindən kütləvi şəkildə istehsal olunan məzmun çirkliliyi ilə üz-üzə qalıb.
Valyuta.az xəbər verir ki, İzmir İqtisad Universitetinin Yeni Media və Kommunikasiya kafedrasının müəllimi, Dr. Sarphan Uzunoğlu sosial mediada həqiqi ilə saxtanı ayırd etməyin getdikcə çətinləşdiyini bildirərək ciddi xəbərdarlıq edib.
Dr. Uzunoğlu qeyd edir ki, rəqəmsal platformaların iş prinsipi doğruluqdan çox, qarşılıqlı əlaqəni ön plana çıxarır. Keyfiyyəti aşağı, lakin sürətlə istehlak olunan məzmunlar emosional reaksiya doğurduğu üçün alqoritmlər tərəfindən daha çox önə çəkilir. Bu isə sosial media nəhənglərini “neytral vasitəçi” mövqeyindən uzaqlaşdıraraq onları məzmun seçən redaksiya gücünə çevirir. Onun sözlərinə görə, platformalar bir tərəfdən hüquqi tənzimləmələrin təzyiqi altındadır, digər tərəfdən isə biznes modellərini qorumaq üçün yüksək qarşılıqlı əlaqə yaradan saxta məzmunlardan asılı qalırlar.
“Reallıq artıq görünürlüklə qarışdırılır”
Rəqəmsal dünyanın əsas problemlərindən biri istifadəçinin məzmun üzərində düşünmək üçün vaxtının əlindən alınmasıdır. Bildirişlər və davamlı yenilənən trend siyahıları insanları məntiqli qiymətləndirmə əvəzinə sürətli reaksiya verməyə təşviq edir. Bu mühitdə böyüyən 10-20 yaş arası gənclər üçün risk daha böyükdür.
Dr. Uzunoğlunun fikrincə, çox izlənilən məzmunun doğru, çox paylaşılanın isə dəyərli hesab edildiyi bir öyrənmə modeli formalaşır. Bu isə uzunmüddətli perspektivdə tənqidi düşünmə qabiliyyətini zəiflədir və səthi dünya qavrayışını gücləndirir.
Uşaqları rəqəmsal mühitdən tamamilə uzaqlaşdırmaq mümkün deyil. Dr. Uzunoğlu valideynlərə övladları ilə birlikdə izlədikləri məzmunlar barədə müzakirə aparmağı tövsiyə edir. Məzmunun niyə qarşılarına çıxdığını və hansı hisslər yaratdığını danışmaq gənclərin rəqəmsal mühitə qarşı müdafiə mexanizmlərini gücləndirir. Eyni zamanda platformaların tövsiyə sistemlərinin daha şəffaf olması və yaşa həssas alqoritmlərin tətbiqi artıq lüks deyil, ictimai məsuliyyət kimi qiymətləndirilir.
Şirkətlər üçün etimad quruculuğu çağırışı
Şirkətlərin süni intellekt ilə yaradılmış məzmunu etiketləməsi və ya su nişanı tətbiq etməsi müsbət addım sayılsa da, bu kifayət deyil. Dr. Uzunoğlu məsuliyyəti tamamilə istifadəçinin üzərinə qoyan “biz xəbərdarlıq etdik, sonrası sənin problemin” yanaşmasının etimad yaratmaq baxımından uğursuz olacağını vurğulayır.
Onun sözlərinə görə, platformalar yalnız xəbərdarlıq etməklə kifayətlənməməli, həm də həmin məzmunun niyə önə çıxarıldığını açıq şəkildə izah etməlidirlər. Əks halda istifadəçini daim ayıq-sayıq olmağa məcbur edən bu sistemlər rəqəmsal etimadı ciddi şəkildə sarsıda bilər.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı
22.02.2026Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video
22.02.2026Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?
22.02.2026Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026