Redaktor
Yaponiyada "Toyota" və "Suzuki"nin 18 zavodu fəaliyyətini dayandırılacaq
Yaponiyanın iki iri avtomobil istehsalçısı — “Toyota” və “Suzuki” ölkə ərazisində yerləşən 18 zavodun işini müvəqqəti dayandıracaq.
Valyuta.az bu barədə “Nikkei” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, istehsalın dayandırılmasına səbəb Yaponiyanın cənub bölgələrinə təsir edən Çanmi tayfunudur. Gözlənilir ki, 3 iyun səhəri “Toyota”ya məxsus 13 zavod ölkə üzrə müvəqqəti bağlanacaq. Yalnız Fukuoka prefekturasındakı zavodda qərar hava şəraitindən asılı olaraq yerində veriləcək.
Eyni gündə “Suzuki” şirkəti Şizuoka prefekturasında yerləşən 5 müəssisənin fəaliyyətini dayandıracaq. Rəhbərlik zavodların günün ikinci yarısında yenidən normal rejimə qayıdacağını gözləyir, lakin yekun qərar vəziyyətə uyğun veriləcək.
2 iyunda Yaponiyada Çanmi tayfununun yaxınlaşması səbəbilə 300-dən çox aviareys ləğv edilib. Məhdudiyyətlər əsasən Kaqoşima və Miyazaki hava limanlarını əhatə edib. Məlumata görə, tayfunun episentrində küləyin sürəti təxminən 25 km/saatdır. Nazirlər Kabinetinin baş katibi Minoru Kixara bildirib ki, təbii fəlakət nəticəsində azı 9 nəfər xəsarət alıb.
Paşa Məmmədli