Trendyol və PAŞA Holding Uşaqların Beynəlxalq Müdafiəsi Gününü region məktəbliləri ilə qeyd edib 

Redaktor

02.06.2026 17:34
94

Trendyol və PAŞA Holding Uşaqların Beynəlxalq Müdafiəsi Gününü region məktəbliləri ilə qeyd edib 

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Trendyol şirkəti PAŞA Holding ilə birlikdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bir qrup Şabran məktəbliləri ile qeyd edib. 

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Şabran rayonunun Qazbabalı kəndində yaşayan və qonşu kəndlərdə təhsil alan  uşaqlar valideynləri ilə birlikdə Bakıya dəvət olunublar. Onlar robotexnika üzrə master-klasslarda iştirak edib, uşaqlar üçün nəzərdə tutulan əyləncə mərkəzində vaxt keçirib, İçərişəhər turunda Azərbaycanın tarixi-mədəni irsi ilə yaxından tanış olublar.  

Proqramın əsas hissəsini təşkil edən robotexnika master-klassında məktəblilər sadə robotların hazırlanması, sensor texnologiyaları və kodlaşdırmanın əsasları ilə tanış olublar. İnteraktiv sessiyalar zamanı onlar texnologiyanı praktiki şəkildə sınayaraq yeni bacarıqlar əldə edib, təlimçilərin dəstəyi ilə  robotlar hazırlayıblar. 

Təşəbbüsün məqsədi ucqar kənd və regionlarda yaşayan uşaqların texnologiya, yaradıcılıq və yeni təcrübələrlə tanışlığını dəstəkləmək, onların gələcəyin bacarıqlarına marağını artırmaq və inkişaf imkanlarını genişləndirməkdir. 

Trendyol PAŞA Holding ilə birgə regionlarda rəqəmsal bacarıqların inkişafına yönəlmiş layihələr həyata keçirib. Bu çərçivədə Gəncə və Mingəçevirdə 4 günlük AI düşərgəsi, Xankəndidə isə məktəbli qızlar üçün “İKT-də qızlar” 12-ci Regional Konfransı keçirilib. 

Bunlar “Trendyol”un Azərbaycanda inklüziv rəqəmsal mühitin inkişafına verdiyi töhfənin nümunələridir. Şirkət bu istiqamətdə PAŞA Holding ilə birgə davamlı layihələr həyata keçirir. 


 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yaponiyada "Toyota" və "Suzuki"nin 18 zavodu fəaliyyətini dayandırılacaq 

02.06.2026

"Alphabet" süni intellektə 80 milyard dollarlıq sərmayə planlaşdırır

02.06.2026

Bu il 116 minə yaxın şagird məzun olacaq

02.06.2026

Trendyol və PAŞA Holding Uşaqların Beynəlxalq Müdafiəsi Gününü region məktəbliləri ilə qeyd edib 

02.06.2026

Naxçıvanda Prezident nümayəndəliyinin statusu yüksəldilir

02.06.2026

Hakerlər "Meta AI"ni aldadaraq "Instagram" hesablarını ələ keçiriblər

02.06.2026

Mərkəzi Bank yerli banklara kredit qoyuluşunu dayandırıb

02.06.2026

Mərkəzi Bankın mənfəəti artıb, aktivləri isə 1,7 milyard manat azalıb

02.06.2026

“Paysis” elektron pul təşkilatının lisenziyası ləğv edilib

02.06.2026

"MİDA" yeni satınalma tenderi elan edib

02.06.2026

"iPhone 18 Pro"nun batareya sürprizi: Hər ölkədə eyni olmaya bilər

02.06.2026

Bakı Metropolitenində yeni təyinat olub - FOTO

02.06.2026

Müəllimlərin nəzərinə - sənəd qəbulu başlayır

02.06.2026

“Meqa Sığorta”nın yığımları 7,7% azalıb, ödənişləri 13,1% artıb

02.06.2026

Milli Kibertəhlükəsizlik Agentliyinin nizamnamə fondu 400 min manatı ötəcək

02.06.2026

Azərbaycan qızıl ixracından nə qədər qazanıb?

02.06.2026

Azərbaycanda 152 min nəfər xüsusi pensiya alır

02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN

02.06.2026

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®

02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

02.06.2026

Məzənnə

Yüklənir...