İşə qəbulda buraxılan “kiçik detal”ın şirkət üçün yaratdığı risklər
26.05.2026 14:00
244

İşə qəbulda buraxılan “kiçik detal”ın şirkət üçün yaratdığı risklər

Xəyyam Əsgərov
HR/İdarə etmə üzrə beynəlxalq standartlar üzrə ekspert 

İşçi veteran statusuna malikdir, lakin işə qəbul zamanı bu məlumat təqdim olunmayıb. Nəticədə işçiyə tətbiq edilməli olan aylıq 400 AZN vergi güzəşti nəzərə alınmayıb. Bu, sadəcə texniki nüans deyil. Bu, işə qəbul prosesində sistem boşluğunun göstəricisidir. Problem harada yaranır?
- Sənədlər tam tələb olunmur;
- İşə qəbul anketi formal xarakter daşıyır;
- İşçi qanunvericiliyi bilmədiyi üçün hüquqlarını təqdim etmir;
- HR risk əsaslı yoxlama aparmır.

Nəticədə maliyyə itkiləri, vergi riskləri, mühasibat uçotunda əlavə düzəlişlər, audit zamanı uyğunsuzluqlar yaranır. Risklər bununla bitmir. İşə qəbul zamanı düzgün yoxlama və peşəkar anket tətbiq edilmədikdə aşağıdakı kritik risklər yaranır:

1. Qohumluq və nepotizm riski
– Eyni strukturda qohumların işləməsi qərarvermədə obyektivliyi zəiflədə bilər.
2. Maraqların toqquşması (Conflict of Interest)
– İşçinin şəxsi və ya biznes maraqları şirkət maraqları ilə ziddiyyət təşkil edə bilər.
3. Tanışlıq və birbaşa tabeçilik riski
– Əvvəlcədən mövcud şəxsi münasibətlər idarəetmə balansını poza bilər.
4. Rəqib şirkətlə əlaqə və sənaye casusluğu riski
– Kommersiya məlumatlarının ötürülməsi və ya maraq konflikti yarana bilər.
5. Paralel və bənzər fəaliyyət riski
– Eyni sektorda əlavə fəaliyyət kommersiya sirri və müştəri bazası üçün təhlükə yarada bilər.

Doğru yanaşma nədir?
1. İşə qəbul prosesi təcrübəli HR mütəxəssisi tərəfindən idarə olunmalıdır;
2. Proses yazılı prosedur və yoxlama mexanizmləri ilə tənzimlənməlidir;
3. Sənədləşmə sistemi tam və standartlaşdırılmış olmalıdır.

Minimum tələb olunan məlumatlar:
- Şəxsiyyət vəsiqəsi;
- Təhsil və peşə sənədləri;
- Xüsusi statusları təsdiq edən sənədlər;
- Maraqların toqquşması bəyanatı.

İşə qəbul anketində mütləq əks olunmalıdır:

- Sosial status və vergi güzəştləri;
- Şirkətdə çalışan qohum və tanışlar;
- Paralel və ya rəqib fəaliyyət;
- Əlavə gəlir mənbələri;
- Potensial maraq toqquşmaları;
- Əvvəlki iş yerləri və əlaqələr.

Bu suallar HR üçün sadəcə informasiya deyil, hüquqi və korporativ qoruma vasitəsidir. Müasir HR artıq yalnız “kadr işi” deyil.
HR riskləri öncədən müəyyən edir, şirkəti audit və hüquqi problemlərdən qoruyur. Şəffaf və etik idarəetmə mühiti formalaşdırır. Nəticə olaraq düzgün qurulmayan işə qəbul prosesi vergi, hüquqi, etik və korporativ və kommersiya risklərini artırır.
Bir düzgün anket, bir düzgün sual, bir düzgün yoxlama şirkətin təhlükəsizliyidir.

İşi peşəkara həvalə edin!

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...