Günel Bayramova
Yoqa təlimçisi
Müasir iş qadını çox vaxt eyni anda bir neçə rolu daşıyır: rəhbər, sahibkar, ana, həyat yoldaşı, komanda üzvü, qərar verən şəxs və bəzən də hamının dayaq nöqtəsi. Gün ərzində görüşlər, telefon zəngləri, maliyyə qərarları, komanda idarəçiliyi, müştəri münasibətləri və şəxsi həyat arasında qadın bədəni və zehni fasiləsiz işləyir. Amma bir sual çox zaman unudulur: bu qədər məsuliyyəti daşıyan qadın özü harada dincəlir?
Elmi araşdırmalar da göstərir ki, yoqa yalnız fiziki hərəkətlərdən ibarət deyil. ABŞ Milli Tamamlayıcı və İnteqrativ Sağlamlıq Mərkəzinin məlumatına görə, yoqa stressin azaldılması, mental və emosional sağlamlığın dəstəklənməsi, yuxu keyfiyyəti və ümumi rifah baxımından faydalı ola bilər. İş mühitində yoqa ilə bağlı 2024-cü ildə yayımlanmış araşdırmada isə yoqa peşə stressinin idarə olunması və gündəlik rifahın artırılması üçün dəstəkləyici vasitə kimi təqdim edilir.
Yoqa məhz bu nöqtədə iş qadınının həyatına daxil olur. Yoqa yalnız elastiklik və ya idman deyil. Yoga bədənin, nəfəsin və zehnin yenidən bir ritmə gəlməsidir. Xüsusilə sahibkar xanımlar üçün yoga daxili sakitliyi qorumaq, stressi idarə etmək, daha aydın düşünmək və qərarları emosional gərginlikdən deyil, daxili tarazlıqdan vermək üçün çox faydalı praktikadır.
İş dünyasında uğur yalnız çox işləməklə ölçülmür. Bəzən ən doğru qərar sakit zehindən doğur. Gərgin bədən, sıxılmış çiyinlər, yorğun bel, daimi tələskənlik və içdə yığılan narahatlıq zamanla insanın enerjisini azaldır. Yoqa isə qadına dayanmağı öyrədir. Nəfəsə qayıtmaq, bədəni hiss etmək, yığılan gərginliyi buraxmaq və özünü yenidən mərkəzə gətirmək imkanı yaradır.
Yoqada əsas məqsəd yalnız hərəkət etmək deyil, qadının bədəninə rahatlıq, ruhuna sakitlik, zehninə aydınlıq gətirməkdir. Dərslərdə yoqa və meditasiya ilə yanaşı, manual toxunuşlardan, Tay texnikalarından və iynəli aplikator kimi əlavə rahatladıcı vasitələrdən də istifadə olunması daha faydalı olur. Bu yanaşma xüsusilə çox çalışan, uzun saatlar oturan, boyun-çiyin gərginliyi yaşayan, zehni yorğunluq və emosional yüklənmə hiss edən xanımlar üçün uyğundur.
Manual toxunuşlar bədənin daha dərindən rahatlamasına kömək edir, Tay texnikaları əzələlərdə yığılan gərginliyi yumşaldır, iynəli aplikator isə qan dövranını aktivləşdirərək bədəndə istilik, rahatlama və yüngüllük hissi yarada bilər. Bu praktikalar birlikdə qadına sadəcə fiziki rahatlıq deyil, həm də daxili boşalma və yenilənmə hissi verir.
Sahibkar xanım üçün yoqa özünə ayırdığı lüks zaman deyil, əksinə, iş qabiliyyətini, emosional dözümlülüyünü və həyat keyfiyyətini qoruyan bir ehtiyacdır. Çünki qadın özünü nə qədər yaxşı hiss edirsə, qərarları da, ünsiyyəti də, enerjisi də bir o qədər sağlam olur.
Bəzən iş həyatında irəli getmək üçün daha çox çalışmaq yox, bir anlıq dayanıb nəfəs almaq lazımdır. Yoqa həmin dayanmağı öyrədir. Sakit qadın zəif qadın deyil. Sakit qadın öz gücünü idarə etməyi bacaran qadındır.
Sahibkar və iş qadınlarını özlərinə qayıtmağa, bədənlərini dinləməyə və gündəlik həyatın gərginliyi içində öz sakit güclərini yenidən kəşf etməyə dəvət edirəm.

Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNaxçıvanda Turizm Departamenti ləğv edilib
21.05.2026İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
21.05.2026Sement ixracından əldə olunan gəlirlər 4 milyon azalıb
21.05.2026Pilotlar narazıdır: Günəş elektrik stansiyası hava səyahətləri üçün təhlükə yaradır
21.05.2026Britaniya deputatlardan sosial media etirazı: "Məktəbə yorğun gedirlər"
21.05.2026İşsizlərin ən çox cəmləşdiyi rayonlar - CƏDVƏL
21.05.2026Mobil rabitə gəlirləri açıqlandı
21.05.2026AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub ®
21.05.2026Dünya neft qıtlığı astanasındadır: Ehtiyatlar rekord sürətlə azalır
21.05.2026"SpaceX" IPO-suna "Goldman Sachs" rəhbərlik edəcək
21.05.2026Bakı-Tbilisi-Bakı qatarının qiymətləri tam açıqlandı - CƏDVƏL
21.05.2026Azərbaycanda düyünün orta idxal qiyməti 8,6% azalıb
21.05.2026