Redaktor
“Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 65%-i ötdü
2026-cı ilin yanvar-mart aylarında “Ziraat Bank Azərbaycan” ASC-nin cəmi aktivləri 1 milyard 442 milyon 705,04 min manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bankın cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 533 milyon 462,96 min manat və ya 58,67% artıb. Belə ki, 2025-ci ilin I rübündə bu göstərici 909 milyon 242,08 min manat olub.
Qeyd edək ki, bankın aktivlərinin 774 milyon 598,24 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu göstərici illik müqayisədə 199 milyon 877,51 min manat və ya 34,78% artıb. Ötən ilin eyni dövründə kredit portfeli 574 milyon 720,73 min manat səviyyəsində olub.
Bankın cəmi öhdəlikləri də artım göstərib. Belə ki, 2025-ci ilin I rübündə 771 milyon 307,59 min manat olan öhdəliklər cari ilin eyni dövründə 1 milyard 274 milyon 982,52 min manata yüksəlib. Bu isə illik müqayisədə 503 milyon 674,93 min manat və ya 65,30% artım deməkdir.
Hesabat dövründə bankın xalis mənfəəti 5 milyon 571,1 min manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 998,9 min manat və ya 55,96% çoxdur. 2025-ci ilin I rübündə bankın xalis mənfəəti 3 milyon 572,2 min manat təşkil edib.
2026-cı ilin ilk üç ayında bankın faiz gəlirləri 25 milyon 920,8 min manat təşkil edib. Bu, illik müqayisədə 12 milyon 3,8 min manat və ya 86,25% artım deməkdir. Ötən ilin eyni dövründə faiz gəlirləri 13 milyon 917,0 min manat olub.
Faizlər və onlara bağlı xərclər isə 12 milyon 724,9 min manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 327,2 min manat və ya 98,90% artıb. Xərclərin əsas hissəsini – 11 milyon 163,8 min manatını depozitlər üzrə faizlər təşkil edib.
Nəticədə bankın xalis faiz gəliri 13 milyon 196,0 min manat olub. Bu isə illik müqayisədə 5 milyon 676,7 min manat və ya 75,50% artım deməkdir. Ötən ilin eyni dövründə xalis faiz gəliri 7 milyon 519,3 min manat səviyyəsində olub.
Bankın qeyri-faiz gəlirləri 5 milyon 244,9 min manat təşkil edib. Bu göstərici illik müqayisədə 213,4 min manat və ya 4,24% artıb. Ötən ilin eyni dövründə qeyri-faiz gəlirləri 5 milyon 31,5 min manat olub.
Qeyri-faiz xərcləri isə 7 milyon 890,2 min manat olub. Bu da illik müqayisədə 1 milyon 419,5 min manat və ya 21,94% artım deməkdir. 2025-ci ilin I rübündə bankın qeyri-faiz xərcləri 6 milyon 470,7 min manat təşkil edib.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSabah 22 dərəcə isti olacaq
21.04.2026Bakıda sərnişinlərin metroya girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib
21.04.2026Fransa sərt büdcə qənaətinə keçir
21.04.2026Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"
21.04.2026Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
21.04.202628 May ətrafında tramvay şəbəkəsi yaradılır
21.04.2026Bakı metrosunda ən gəlirli və ən sıx 5 stansiya açıqlanıb
21.04.2026Azərbaycanda qızıl istehsalı azalıb
21.04.2026"Bank Respublika"nın hansı rayonda vaxtı keçmiş kreditləri çoxdur? - CƏDVƏL
21.04.202617 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi
21.04.2026“Kapital Bank”ın verdiyi bu kreditlərin məbləği 934 milyon manatdan çox artıb
21.04.2026Azərbaycan neftinin qiyməti 110 dolları keçib
21.04.2026"Apple"ın baş icraçı direktoru Tim Kuk istefa verdiyini açıqlayıb: şirkətə kim rəhbərlik edəcək?
21.04.2026
İki mərtəbəli ev tikmək üçün icazə alınmalıdır?
21.04.2026
Həyat yoldaşı ilə ortaq biznes qurdu, “İlin iş adam”ı seçildilər - MÜSAHİBƏ
21.04.2026Bakıda metronun altından avtomobil yolu keçəcək
21.04.2026Avro və rubl bahalaşır
21.04.2026