Redaktor
45 dəfə rədd edilən startap bu gün uğur hekayəsidir
Bir çox sahibkar ilk uğursuzluqdan sonra ideyasından imtina edir. Lakin dünyanın ən tanınmış şirkətlərindən bəzilərinin hekayəsi göstərir ki, uğura gedən yol çox vaxt rədd cavablarından keçir.
Valyuta.az xəbər verir ki, vaxtilə investorlar tərəfindən dəfələrlə rədd edilən "Google", "Hotmail" və "Nutmeg" sonradan milyardlarla dollar dəyərində şirkətlərə çevrilməyi bacarıb.
"Google"u 1 milyon dollara almaq istəmədilər
Bu gün texnologiya nəhəngi olan "Google"un təsisçiləri Larri Peyc və Sergey Brin vaxtilə şirkəti cəmi 1 milyon dollara satmağa çalışıblar.
Stenford Universitetində təhsil alan gənc sahibkarlar axtarış sistemi üzərində işləməklə yanaşı təhsillərini davam etdirməyin çətin olduğunu düşünərək "Google"u satmaq qərarına gəliblər. Onlar təkliflə "Excite" şirkətinin rəhbəri Corc Bellə müraciət etsələr də, təklif rədd olunub.
Daha sonra tərəflər arasında danışıqlar aparılıb və qiymət 750 min dollara qədər enib. Bu dəfə isə təklifi "Google"un təsisçiləri qəbul etməyiblər. Onlar şirkətin satılmasını deyil, investisiya yatırılmasını istəyiblər.
Cəmi beş ay sonra iki şirkət "Google"a 25 milyon dollar investisiya yatırmağa razılaşıb. Bu gün isə "Google" dünyanın ən dəyərli texnologiya şirkətlərindən biridir.
"Nutmeg" 45 dəfə rədd edildi
Böyük Britaniyanın aparıcı investisiya platformalarından biri olan "Nutmeg" də uğura asanlıqla nail olmayıb.
Şirkətin təsisçisi Nik Hanqerford 2010-cu ildə onlayn investisiya idarəetmə platformasını yaratdıqdan sonra maliyyə dəstəyi axtarmağa başlayıb. Lakin həmin dövrdə investorlar yalnız onlayn fəaliyyət göstərən investisiya şirkəti ideyasına şübhə ilə yanaşıblar.
Hanqerford investisiya almaq üçün keçirdiyi ilk 45 görüşdə rədd cavabı alıb. Bəzi investorlar ideyanın maraqlı olduğunu desələr də, onun bu işi həyata keçirmək üçün uyğun şəxs olmadığını düşünürdülər.
Maliyyə çətinlikləri ilə üzləşən sahibkar hətta dostunun qarajında qalır, yerdə yatırdı. O, 2010-cu ilin sonuna qədər investisiya tapa bilməsə, layihədən imtina edib adi işə qayıtmağı planlaşdırmışdı.
Lakin 46-cı görüş taleyini dəyişdi. Vençur kapitalisti Tim Dreyper şirkətə investisiya yatırmağa razılaşıb. Bundan sonra "Nutmeg" sürətlə inkişaf edib və hazırda Böyük Britaniyanın ən sürətlə böyüyən maliyyə texnologiyaları şirkətlərindən biri hesab olunur.
"Hotmail"a 20 dəfə "yox" deyilib
Bu gün "Outlook" adı ilə tanınan "Hotmail" də investorlar tərəfindən dəfələrlə rədd edilən layihələrdən biri olub.
"Hotmail" 1996-cı ildə Cek Smit və Səbir Bhatia tərəfindən yaradılıb. Bhatia internet brauzeri vasitəsilə istifadə edilə bilən elektron poçt xidməti ideyasını irəli sürsə də, investorlar bu layihəyə riskli yanaşıblar.
Nəticədə sahibkarlar müraciət etdikləri çoxsaylı investorlardan mənfi cavab alıblar. Layihə ümumilikdə 20 dəfə rədd edildikdən sonra "Draper Fisher Jurvetson" şirkəti 300 min dollar investisiya ilə maliyyələşdirməyə razılaşıb.
"Hotmail" qısa müddətdə böyük populyarlıq qazanıb və 1998-ci ildə "Microsoft" tərəfindən 400 milyon dollara satın alınıb. Hazırda Outlook.com adı ilə fəaliyyət göstərən platformanın yüz milyonlarla istifadəçisi var.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMaaş artımı tələbiniz qəbul olunmadısa, nə etməlisiniz?
24.06.2026Süni intellekt təlimində istifadə olunan 21 milyon mahnıdan ibarət baza açıqlandı
23.06.2026Müasir dünyanın rəqəmsal onurğa sütunu: Fiber optik kabellər necə işləyir?
23.06.2026Müddətli əmanətlər üzrə ən aşağı faizli regionlar
23.06.2026"Instagram" olmayanda onlar var idi: Sosial medianın unudulmuş "kralları"
23.06.2026"SpaceX" süni intellekt startapı ilə 6,3 milyard dollarlıq müqavilə bağladı
23.06.2026Dünyanın milyarder xəritəsi: Varlılar hansı şəhərlərdə yaşayır?
23.06.2026Prezident onları təltif etdi - Siyahı
23.06.2026“Groq” startapı 650 milyon dollar investisiya aldı
23.06.202612 il "Dünya Bankı"nda işləyən azərbaycanlıya Maliyyə Nazirliyində yüksək vəzifə verildi
23.06.2026Startapınızı pulsuz tanıtmaq üçün 15 platforma
23.06.2026Mərkəzi Bank “Global İnnovations” və “United Payment”də pozuntular aşkarlayıb
23.06.2026Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş ®
23.06.2026İpoteka və Kredit Zəmanət Fondu yeni tender elan etdi
23.06.2026Dünya iqtisadiyyatında transformasiya dövrü başlayır
23.06.2026“Banco Santander” süni intellekt agentləri üçün ödəniş sistemi qurdu
23.06.2026Rəhbərinizin sizi manipulyasiya etdiyini göstərən 10 əsas əlamət
23.06.2026"Apple"ın 2026-2027-ci illərdə təqdim edəcəyi 20 yeni cihaz - TAM SİYAHI
23.06.2026Z nəsli karyeraya daha üstün başlayır: Gəlirlərdə gözlənilməz fərq
23.06.2026