Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir

Redaktor

04.06.2026 18:14
76

Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir

Süni intellekt bumunun təsiri ilə bir zamanlar milyardlarla dollar dəyərində qiymətləndirilən yüzlərlə startap çətin vəziyyətə düşüb.

Valyuta.az xəbər verir ki, ABŞ-da "unikorn" (bazar dəyəri 1 milyard ABŞ dollarını keçən, lakin hələ birjada listinq olunmamış özəl şirkətlər) statusuna malik olan texnologiya şirkətlərinin əhəmiyyətli hissəsi son illərdə yeni investisiya cəlb edə bilməyib. Mütəxəssislər bunu əsasən süni intellekt sahəsinə yönələn iri həcmli investisiyalarla əlaqələndirirlər.

Məlumata görə, hazırda ABŞ-da 857 startapın bazar dəyəri 1 milyard dolları ötür. Lakin onların təxminən yarısı son üç il və ya daha uzun müddətdə yeni maliyyə vəsaiti cəlb etməyib.

Araşdırmaya əsasən, startap bumunun yaşandığı dövrdə milyard dollarlıq qiymətləndirmə alan 220-dən çox şirkət artıq bu statusunu itirib. Sonuncu dəfə 2021-ci ildə investisiya alan startapların dəyəri orta hesabla 68%, 2022-ci ildə investisiya alanların dəyəri isə 52% azalıb.

Ekspertlər hesab edirlər ki, ChatGPT-nin ortaya çıxmasından sonra süni intellekt sahəsində fəaliyyət göstərən yeni şirkətlər bazarda üstünlük qazanıb, köhnə texnologiyalar üzərində qurulan startaplar isə investorların diqqətindən kənarda qalıb.

Nəticədə bir vaxtlar milyard dollar dəyərində qiymətləndirilən bir çox şirkət bu gün həm köhnəlmiş texnologiyalar, həm də maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini davam etdirməkdə çətinlik çəkir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04.06.2026

Dünya birjalarında fərqli istiqamət: ABŞ yüksəlir, Avropa geriləyir

04.06.2026

Bölmə rəisi işdən çıxdı - Yeni vəzifəyə təyin olundu

04.06.2026

Karyerada 45 yaş baryeri: ChatGPT təcrübəli işçiləri silir?

04.06.2026

Kiber hücumçular artıq zərərli proqram əvəzinə qanuni hesabları istifadə edir

04.06.2026

Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək

04.06.2026

Vacib xammalın qiymətləri iki ayın minimumuna düşdü

04.06.2026

Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb

04.06.2026

"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur

04.06.2026
Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir

Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir

04.06.2026

Azərbaycanda universitet 3 vəzifəyə işçi axtarır

04.06.2026

"Nvidia" daha bir startapı satın alıb

04.06.2026

Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?

04.06.2026

Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib

04.06.2026

"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı

04.06.2026

Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...

04.06.2026
Startap üçün haradan pul tapmaq olar?

Startap üçün haradan pul tapmaq olar? - ŞƏRTLƏR

04.06.2026

Bankda işləyirdi, itlər üçün tort bişirərək biznes qurdu

04.06.2026

Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq

04.06.2026

Telefon satmağı dayandıran "Nokia" pulu haradan qazanır?

04.06.2026

Məzənnə

Yüklənir...