Redaktor
“A-Qroup Sığorta”nın mənfəəti 54%-dən çox azalıb
“A-Qroup Sığorta” ASC 2026-cı ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Valyuta.az xəbər verir ki, şirkətin gəlirləri cari ilin ilk 3 ayında 5 milyon 437 min 774 manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 145 min 710 manat və ya 2,61% azdır. Belə ki, 2025-ci ilin eyni dövründə şirkətin gəlirləri 5 milyon 583 min 484 manat olub.
Şirkətin əsas əməliyyat gəlirləri isə illik müqayisədə 383 min 534 manat və ya 8,47% azalaraq 4 milyon 145 min 58 manata düşüb. Ötən ilin eyni dövründə bu göstərici 4 milyon 528 min 592 manat təşkil edib.
Hesabat dövründə şirkətin xərcləri artıb. Belə ki, “A-Qroup Sığorta”nın ümumi xərcləri 401 min 6 manat və ya 8,75% artaraq 4 milyon 984 min 403 manata yüksəlib. 2025-ci ilin ilk rübündə isə xərclər 4 milyon 583 min 396 manat olub.
Əsas əməliyyat xərcləri isə illik müqayisədə 189 min 699 manat və ya 5,77% artaraq 3 milyon 477 min 60 manat təşkil edib. Ötən ilin eyni dövründə isə əsas əməliyyat xərcləri 3 milyon 287 min 360 manat olub.
Nəticədə şirkətin maliyyə mənfəəti 546 min 716 manat və ya 54,67% azalaraq 453 min 371 manata enib. 2025-ci ilin eyni dövründə isə bu göstərici 1 milyon 87 manat olub.
“A-Qroup Sığorta” ASC hesabat dövrünü 453 min 371 manat xalis mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 546 min 716 manat və ya 54,67% azalma deməkdir.
Bundan əlavə, “A-Qroup Sığorta” ASC-nin cəmi aktivləri də artım göstərib. Belə ki, cari ilin ilk 3 ayında sığorta şirkətinin cəmi aktivləri 27 milyon 984 min 458 manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16 min 984 manat və ya 0,06% çoxdur. 2025-ci ilin eyni dövründə şirkətin cəmi aktivləri 27 milyon 967 min 473 manat olub.
Şirkətin cəmi öhdəlikləri də 513 min 701 manat və ya 3,81% artaraq 14 milyon 2 min 435 manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 513 min 701 manat və ya 3,81% çoxdur. 2025-ci ilin eyni dövründə şirkətin cəmi öhdəlikləri 13 milyon 488 min 733 manat olub.
Sərvanə Rəmixanova