Redaktor
Nazir: "Azərbaycanda yoxsulluq səviyyəsi 49%-dən 5%-ə endirilib"
"Azərbaycan son 20 ildə yoxsulluq səviyyəsini endirə bilib".
Valyuta.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, yoxsulluq 49%-dən 5%-ə salınıb:
"Azərbaycanın iqtisadi inkişaf və şəhər bağlantıları sahəsində əldə etdiyi nailiyyətlər insanların rifahının yüksəldilməsində mühüm rol oynayıb. Şəhərlərin iqtisadi inkişafla əlaqələndirilməsi insanların həyat keyfiyyətinin yaxşılaşdırılması baxımından əsas məqsədlərdən biridir. Azərbaycan regionun ən mürəkkəb və uzunmüddətli ərazi münaqişəsini həll edən ölkədir".
©Oxu.az