Redaktor
İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 38,8 manat artıb
2026-cı il mayın 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 246 min nəfər olub.
Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 225,8 min nəfər təşkil edib.
Bu isə illik müqayisədə 20,2 min nəfər və ya 8,95% artım deməkdir.
Hesabat dövründə qeydiyyatda olan işsizlərin 51,9%-ni qadınlar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 48,7% olub.
Cari ilin hesabat dövründə işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 474,7 manat təşkil edib. Ötən ilin eyni dövründə isə bu rəqəm 435,9 manat olub.
Bu da illik müqayisədə 38,8 manat və ya 8,9% artım deməkdir.