İlham Əliyev Slovakiya baş nazirinin müavinini qəbul edib

Redaktor

19.05.2026 15:09
22

İlham Əliyev Slovakiya baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Slovakiya Respublikasının baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Tarabanı qəbul edib.

Valyuta.az xəbər verir ki, dövlətimizin başçısı özünün ötən il Slovakiyaya, Baş nazir Robert Fitsonun isə ölkəmizə səfərlərini xatırladaraq, son dövrlərdə Slovakiyadan yüksəksəviyyəli nümayəndə heyətlərinin Azərbaycana gəldiklərini qeyd edib və vurğulayıb ki, bu, ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini göstərir. Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında mövcud dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirərək, əməkdaşlığın səviyyəsindən məmnun olduğunu deyib.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Tomaş Taraba qeyd edib ki, Slovakiya hər zaman Azərbaycanın yanındadır. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

Slovakiya baş nazirinin müavini deyib ki, ölkəsinə qaz lazım olduqda Azərbaycan etibarlı təchizatçı olub.

Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsinin önəminə də toxunub.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev hazırda Azərbaycanın 12 Avropa ölkəsini, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətini qazla təchiz etdiyini deyib, gələcəkdə bu rəqəmin artmasının mümkünlüyünü vurğulayıb.

Görüşdə ikitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanın Britaniyadakı səfirliyinə təhsil müşaviri təyin edilib

19.05.2026

Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın ®

19.05.2026

İlham Əliyev Slovakiya baş nazirinin müavinini qəbul edib

19.05.2026

Nazir: "Azərbaycanda yoxsulluq səviyyəsi 49%-dən 5%-ə endirilib"

19.05.2026

Kriptoda yeni hücum: 77 milyon dollarlıq saxta token dövriyyəyə buraxıldı

19.05.2026

Azərbaycanda içməli suyun təhlükəsizliyi necə yoxlanılır? - Nazirlik rəsmisindən açıqlama

19.05.2026

Tramp 10 milyard dollarlıq iddianı geri götürdü

19.05.2026

"Bitcoin" üçün həyəcan təbili: Kritik səviyyəyə yaxınlaşır

19.05.2026

Sabah 28 dərəcə isti olacaq

19.05.2026

Balıq məhsullarına ƏDV yeni qaydada hesablanacaq

19.05.2026

Beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə dəyişib

19.05.2026

Azərbaycanın məhsul ixrac etdiyi ölkələrin sayı 2 dəfə azalsa da, gəlirlərini 4,4 dəfə artırdı

19.05.2026

"ABB"nin gəlir gətirən vəsaitləri 19 milyon manat azalıb

19.05.2026

Azərbaycanın qonşuları arasında ən sürətli mobil internet hansı ölkədədir?

19.05.2026

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - CƏDVƏL

19.05.2026

Xankəndiyə qatarla nə vaxtdan gedə biləcəyik?

19.05.2026

İşçilərə verilən dəyər niyə azalır?

19.05.2026

“Assist Finance"ın dövriyyə itkisi 1,1 milyard manatdan çoxdur

19.05.2026

Xankəndi-Şuşa kanat yolunun gələn il istifadəyə verilməsi nəzərdə tutulur - Aydın Kərimov

19.05.2026

Bir həftəyə Bakı-Tiflis qatarı açılacaq- RƏSMİ

19.05.2026

Məzənnə

Yüklənir...