Redaktor
ABA-nın nümayəndə heyəti Pekində Çin Banklar Assosiasiyası ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
1 aprel 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində Çin Banklar Assosiasiyasının (CBA) rəhbərliyi və müvafiq struktur bölmələrinin rəsmi nümayəndələri ilə keçirilən işgüzar görüşdə iştirak edib. Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə baş tutan görüşdə ABA-nı Assosiasiyanın prezidenti Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov və baş iqtisadçı Əzizağa Haxverdiyev təmsil ediblər. Çin tərəfindən isə CBA-nın sədr müavini və baş katibinin müavini cənab Yin Youxiang, baş katib xanım Xu Jieqin və Tədqiqat Departamentinin direktoru cənab Li Jian iştirak ediblər.
Tədbir çərçivəsində tərəflər bank assosiasiyalarının fəaliyyəti, mövcud prioritetlər və gələcək əməkdaşlıq imkanlarına dair ətraflı fikir mübadiləsi aparıblar. Görüş zamanı hər iki ölkənin maliyyə sektorundakı mövcud vəziyyət və inkişaf meyilləri barədə təqdimatlar keçirilib. Bu müzakirələr kontekstində Azərbaycan maliyyə sisteminin Dünya Bankının 2025-ci il üzrə hesabatına əsasən “maliyyə xidmətləri” kateqoriyasında dünya üzrə birinci yerdə qərarlaşdığı xüsusi qeyd olunub və bu yüksək nəticənin əldə edilməsində ölkədəki tənzimləyici çərçivənin rolu vurğulanıb.
Görüşün gedişatında CBA-nın sədr müavini Yin Youxiang və baş katib Xu Jieqin Çin bank sektorunun makroiqtisadi vəziyyəti, maliyyə sabitliyi və qurumun strateji hədəfləri barədə məlumat veriblər. Öz növbəsində ABA prezidenti Zakir Nuriyev Assosiasiyanın missiyası, bank sektorunda həyata keçirilən əsas təşəbbüslər və Azərbaycan–Çin əməkdaşlığının genişləndirilməsi perspektivlərini diqqətə çatdırıb. Həmçinin icraçı direktor Yunus Abdulov ABA-nın təşkilati strukturu və beynəlxalq əməkdaşlıq istiqamətləri, baş iqtisadçı Əzizağa Haxverdiyev isə Azərbaycan iqtisadiyyatındakı makroiqtisadi vəziyyət və bank islahatları haqqında məruzə ediblər. Çin tərəfindən Li Jian isə rəqəmsal maliyyə sahəsində tətbiq olunan innovativ həllər və yeniliklər barədə təqdimatla çıxış edib.
Qarşılıqlı müzakirələrlə davam edən görüşdə tərəflər bank sektorunda təcrübə mübadiləsi və potensial birgə layihələrin reallaşdırılması imkanlarını dəyərləndiriblər. Görüşün sonunda ABA və CBA arasında gələcəkdə əməkdaşlıq memorandumunun imzalanması istiqamətində ilkin razılıq əldə edilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərABŞ dərman idxalına 100 faiz tarif tətbiq edə bilər
03.04.2026Kredit sığortası üzrə ödənişlər 35%-dən çox azalıb
03.04.2026Azərbaycanda kredit qərarları üçün Ani qeydiyyat sistemi yaradılır
03.04.2026"ElevenLabs" mətndən musiqi yaradan tətbiqini təqdim etdi
03.04.202613 rayonunun su layihələri üçün yarım milyonluq TENDER
03.04.2026
"Problemli kreditlər hələ kritik həddə çatmayıb"
03.04.2026“PAŞA Bank”da səhmdar pay bölgüsünün dəyişməsi gözlənilir
03.04.2026Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
03.04.2026“e-Sosial” mobil tətbiqi fəaliyyətini dayandırır
03.04.2026ABA-nın nümayəndə heyəti Pekində Çin Banklar Assosiasiyası ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
03.04.2026Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı ®
03.04.2026Onların təhsilhaqqını dövlət ödəyəcək
03.04.2026Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?
03.04.2026"CİBPay"in vəzifəli şəxsi cərimələndi
03.04.2026Rusiyanın beynəlxalq ehtiyatları bir həftədə 21 milyard dollar azaldı
03.04.2026Yusif Qəmərli yüksək vəzifəyə təyinat aldı
03.04.20262030-cu ilədək şəraitsiz məktəb problemi aradan qalxacaq
03.04.2026