Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?

Redaktor

03.04.2026 15:01
44

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası yaşayış sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Valyuta.az xəbər verir ki, işin hallarına görə, iddiaçılar Abşeron rayonu Novxanı kəndində yerləşən bağ evi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını tələb etmiş, lakin inzibati orqan bu hüququn qeydiyyatının qanunvericilikdə nəzərdə tutulmadığını bildirərək müraciəti təmin etməmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək istifadə hüququnun reyestrdə qeydiyyata alınmalı olduğunu qeyd etsə də, apellyasiya instansiya məhkəməsi mübahisəyə fərqli mövqedən yanaşmış, iddiaçıların istifadə hüququnun ailə münasibətlərindən yarandığını və bu səbəbdən qeydiyyata alınmalı olmayan hüquq olduğunu əsas gətirərək dövlət reyestrində qeydiyyatı zəruri hesab etməmişdir.

Ali Məhkəmə isə mübahisəyə fərqli hüquqi yanaşma tətbiq edərək vurğulamışdır ki, mülkiyyət hüququ mütləq deyil və onun həyata keçirilməsi digər şəxslərin hüquq və maraqları ilə ədalətli və ağlabatan tarazlıq əsasında təmin olunmalıdır. Bu baxımdan yaşayış sahəsindən istifadə hüququnun qiymətləndirilməsi zamanı yalnız onun yaranma əsası deyil, həm də hüquqi mahiyyəti və daşıdığı funksiya nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə istinad edən məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan istifadə hüququ mahiyyət etibarilə məhdud əşya hüququ olub servitut xarakteri daşıyır.

Ali Məhkəmə izah etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsi əsasında yaranan istifadə hüququnun digər servitut növlərindən əsas fərqi onun yaranma formasındadır, lakin bu, hüququn mahiyyətini dəyişmir. Belə hüquq şəxsi servitut kimi çıxış edir və konkret şəxsin yaşayış ehtiyaclarının ödənilməsinə xidmət edir. Bu hüquq özgəninkiləşdirilə bilməz, vərəsəlik qaydasında keçmir, lakin hüquq sahibinə yaşayış sahəsindən istifadə etmək və bu hüququnun pozulmasının aradan qaldırılmasını tələb etmək imkanı verir.

Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, bu cür hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hüquq sahiblərinin hüquqlarının daha etibarlı qorunmasına, eyni zamanda əmlak üzərində mövcud yüklülüklər barədə üçüncü şəxslərin məlumatlandırılmasına və mülki dövriyyədə hüquqi müəyyənliyin təmin edilməsinə xidmət edir. Bu baxımdan, inzibati orqanın qeydiyyatdan imtinası qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə zidd qiymətləndirilmişdir. 

Yekunda Ali Məhkəmə iddiaçıların kassasiya şikayətini təmin etmiş, apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərək iddiaçılar bağ sahəsi üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı inzibati orqanın üzərinə öhdəlik qoymuşdur. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

ABŞ dərman idxalına 100 faiz tarif tətbiq edə bilər

03.04.2026

Kredit sığortası üzrə ödənişlər 35%-dən çox azalıb

03.04.2026

Azərbaycanda kredit qərarları üçün Ani qeydiyyat sistemi yaradılır

03.04.2026

"ElevenLabs" mətndən musiqi yaradan tətbiqini təqdim etdi

03.04.2026

13 rayonunun su layihələri üçün yarım milyonluq TENDER

03.04.2026
"Problemli kreditlər hələ kritik həddə çatmayıb"

"Problemli kreditlər hələ kritik həddə çatmayıb"

03.04.2026

“PAŞA Bank”da səhmdar pay bölgüsünün dəyişməsi gözlənilir

03.04.2026

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq

03.04.2026

“e-Sosial” mobil tətbiqi fəaliyyətini dayandırır

03.04.2026

ABA-nın nümayəndə heyəti Pekində Çin Banklar Assosiasiyası ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

03.04.2026

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı ®

03.04.2026

Onların təhsilhaqqını dövlət ödəyəcək

03.04.2026

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?

03.04.2026

"CİBPay"in vəzifəli şəxsi cərimələndi

03.04.2026

Rusiyanın beynəlxalq ehtiyatları bir həftədə 21 milyard dollar azaldı

03.04.2026

Yusif Qəmərli yüksək vəzifəyə təyinat aldı

03.04.2026

2030-cu ilədək şəraitsiz məktəb problemi aradan qalxacaq

03.04.2026
Evinizi sığortalamaq neçəyə başa gəlir?

Evinizi sığortalamaq neçəyə başa gəlir?

03.04.2026

Azərbaycanda "Google"un bazar payı artıb, "ChatGPT"nin payı azalıb

03.04.2026

"OpenAI" media platforması aldı

03.04.2026

Məzənnə

Yüklənir...