Redaktor
Azərbaycanda kredit qərarları üçün Ani qeydiyyat sistemi yaradılır
Azərbaycanda kreditləşmə sahəsində proseslərin rəqəmsallaşdırılması və məlumat mübadiləsinin operativliyinin artırılması istiqamətində yeni mexanizmlər tətbiq ediləcək.
Valyuta.az "Report"a istinadən xəbər verir ki, kredit qərarlarının verilməsi prosesinin avtomatlaşdırılması və kreditlərin verildiyi andan etibarən tarixçədə dərhal əks olunmasını təmin edən yeni Ani qeydiyyat sisteminin bu il iyulun 1-nə qədər "Azərbaycan Kredit Bürosu" MMC tərəfindən istismara verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, cari ilin sonuna qədər vətəndaşların öz maliyyə davranışlarını idarə etməsinə imkan verən özünəqadağa xidmətinin də istifadəyə verilməsi planlaşdırılır. Bu xidmət vasitəsilə şəxslər öz adlarına kredit rəsmiləşdirilməsinə məhdudiyyət qoya biləcəklər.
Eyni zamanda, banklar arasında kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğuların mütəmadi aparılması nəzərdə tutulur. Sorğuların nəticələri, mövcud trendlər və təhlillər ictimaiyyətə və maliyyə sektoru iştirakçılarına açıqlanacaq.
Təminat hüquqları və kredit məlumatlarının yenilənməsi prosesində əməliyyat səmərəliliyinin artırılması da prioritet istiqamətlərdən biridir.
Bundan əlavə, kreditlərin verildiyi və ya bağlandığı andan qısa müddət sonra müvafiq məlumatların "Azərbaycan Kredit Bürosu"na təqdim edilməsi üçün məlumat təchizatçıları ilə maarifləndirmə və məlumatlandırma tədbirləri həyata keçiriləcək.
Bu tədbirlər kredit bazarında şəffaflığın artırılmasına, risklərin daha effektiv idarə olunmasına və qərarvermə prosesinin sürətləndirilməsinə xidmət edəcək.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAyda Yer üçün həyati əhəmiyyətli bir resurs var - Onun dəyəri trilyonlarla ola bilər
03.04.2026Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib ®
03.04.2026ABŞ dərman idxalına 100 faiz tarif tətbiq edə bilər
03.04.2026Kredit sığortası üzrə ödənişlər 35%-dən çox azalıb
03.04.2026Azərbaycanda kredit qərarları üçün Ani qeydiyyat sistemi yaradılır
03.04.2026"ElevenLabs" mətndən musiqi yaradan tətbiqini təqdim etdi
03.04.202613 rayonunun su layihələri üçün yarım milyonluq TENDER
03.04.2026
"Problemli kreditlər hələ kritik həddə çatmayıb"
03.04.2026“PAŞA Bank”da səhmdar pay bölgüsünün dəyişməsi gözlənilir
03.04.2026Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
03.04.2026“e-Sosial” mobil tətbiqi fəaliyyətini dayandırır
03.04.2026ABA-nın nümayəndə heyəti Pekində Çin Banklar Assosiasiyası ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
03.04.2026Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı ®
03.04.2026Onların təhsilhaqqını dövlət ödəyəcək
03.04.2026Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?
03.04.2026"CİBPay"in vəzifəli şəxsi cərimələndi
03.04.2026Rusiyanın beynəlxalq ehtiyatları bir həftədə 21 milyard dollar azaldı
03.04.2026Yusif Qəmərli yüksək vəzifəyə təyinat aldı
03.04.20262030-cu ilədək şəraitsiz məktəb problemi aradan qalxacaq
03.04.2026