Redaktor
“e-Sosial” mobil tətbiqi fəaliyyətini dayandırır
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən də məqsədyönlü işlər aparılır.
Valyuta.az xəbər verir ki, rəqəmsal dövlət xidmətlərinin vahid mərkəzləşdirilmiş sistemə keçidi məqsədilə görülən tədbirlər çərçivəsində nazirlik “e-Sosial” mobil tətbiqi üzərindən göstərdiyi rəqəmsal xidmətlərini “mygov” platformasına inteqrasiya prosesini bitirmək üzrədir.
Proses bu ayın sonunadək tam yekunlaşacaq və mayın 1-dən “e-Sosial” tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq.
Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi e-xidmətləri “mygov” platformasına inteqrasiya edilən ilk dövlət qurumu olub.
Eyni zamanda quruma aid rəqəmsal xidmətlərin təkrarlanmasının qarşısının alınması üçün və bu xidmətlərin artıq mərkəzləşdirilmiş şəkildə vahid platformadan - “mygov” platformasından təqdim edildiyi nəzərə alınmaqla “e-Sosial” mobil tətbiqi fəaliyyətini dayandırır.
Qeyd edək ki, dövlət idarəçiliyində rəqəmsallaşma prosesini ən geniş tətbiq edən qurumlardan biri olan Nazirlik son illərdə xidmətlərinin 90 faizdən çoxunu rəqəmsallaşdırıb.
Eləcə də bu xidmətlərin 50-dən çoxunu proaktivləşdirib, habelə informasiya sistemlərini Hökumət Buludu (G-cloud) infrastrukturuna köçürən ilk dövlət qurumu olub.
Qeyd edək ki, bu ilin fevral ayında “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlətimizin başçısı dövlət qurumları tərəfindən hazırlanmış platforma və tətbiqlərin tədricən ləğv edilməsi və dövlət xidmətlərinin “mygov” üzərindən, yəni vahid mərkəzdən göstərilməsi barədə tapşırıq verib. Ölkə Prezidenti bunun vətəndaşlar üçün də çox böyük üstünlüyü təmin edəcəyini, vətəndaşa lazım olan bütün xidmətlərin bir ünvandan göstərilməli olduğunu vurğulayıb.
“mygov” mobil tətbiqini aşağıdakı keçid vasitəsilə yükləyə, tətbiqin son yeniliklərini və xəbərlərini isə sosial şəbəkələrdən (“LinkedIn”, “Facebook”, “Instagram”) izləyə bilərsiniz.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərABŞ dərman idxalına 100 faiz tarif tətbiq edə bilər
03.04.2026Kredit sığortası üzrə ödənişlər 35%-dən çox azalıb
03.04.2026Azərbaycanda kredit qərarları üçün Ani qeydiyyat sistemi yaradılır
03.04.2026"ElevenLabs" mətndən musiqi yaradan tətbiqini təqdim etdi
03.04.202613 rayonunun su layihələri üçün yarım milyonluq TENDER
03.04.2026
"Problemli kreditlər hələ kritik həddə çatmayıb"
03.04.2026“PAŞA Bank”da səhmdar pay bölgüsünün dəyişməsi gözlənilir
03.04.2026Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
03.04.2026“e-Sosial” mobil tətbiqi fəaliyyətini dayandırır
03.04.2026ABA-nın nümayəndə heyəti Pekində Çin Banklar Assosiasiyası ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
03.04.2026Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı ®
03.04.2026Onların təhsilhaqqını dövlət ödəyəcək
03.04.2026Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?
03.04.2026"CİBPay"in vəzifəli şəxsi cərimələndi
03.04.2026Rusiyanın beynəlxalq ehtiyatları bir həftədə 21 milyard dollar azaldı
03.04.2026Yusif Qəmərli yüksək vəzifəyə təyinat aldı
03.04.20262030-cu ilədək şəraitsiz məktəb problemi aradan qalxacaq
03.04.2026