"Unibank"ın aktivləri 22%-ə yaxın artıb, kredit və depozit portfeli genişlənib

Redaktor

17.04.2026 11:15
149

"Unibank"ın aktivləri 22%-ə yaxın artıb, kredit və depozit portfeli genişlənib

2026-cı ilin I rübünün yekunlarına əsasən, "Unibank"ın cəmi aktivləri 2 milyard 196 milyon 864 min manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bankın aktivləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 393 milyon 481 min manat və ya 21,8% artıb. Ötən ilin müvafiq dövründə bu göstərici 1 milyard 803 milyon 383 min manat olub.

Hesabat dövründə bankın nağd pul vəsaitləri və onların ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri 363 milyon 794 min manata yüksəlib. Bu göstərici illik müqayisədə 138 milyon 555 min manat və ya 61,5% çoxdur. 2025-ci ilin I rübünün sonunda həmin vəsaitlərin həcmi 225 milyon 239 min manat təşkil edib.

"Unibank"ın kredit portfeli də artım nümayiş etdirib. Belə ki, 2026-cı ilin I rübünün sonuna müştərilərə verilmiş kreditlərin həcmi 1 milyard 373 milyon 787 min manat olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 203 milyon 448 min manat və ya 17,4% çoxdur. 2025-ci ilin I rübündə bankın kredit portfeli 1 milyard 170 milyon 339 min manat səviyyəsində olub.

Bankın öhdəlik bazasında da genişlənmə qeydə alınıb. Belə ki, cəmi depozitlər 2026-cı ilin I rübünün yekununda 1 milyard 378 milyon 499 min manat təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründəki 1 milyard 205 milyon 280 min manatla müqayisədə 173 milyon 219 min manat və ya 14,4% artım deməkdir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

AAYDA-nın bu qurumu ləğv edilir

17.04.2026

Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu

17.04.2026

Sığorta şirkətləri qazancının nə qədərini vergiyə verib? – Siyahı

17.04.2026

Netflix səhmləri Rid Hestinqsin gedişindən sonra 9 faiz ucuzlaşdı

17.04.2026

İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Milyonluq "otkat"...

17.04.2026

Yeni rəhbər marketlər şəbəkəsinin baş icraçı direktorunu dəyişdi

17.04.2026

Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir – Ali Məhkəmə

17.04.2026

İlham Əliyevin Antalyada Suriyanın Prezidenti ilə görüşü olub

17.04.2026

Nərə balığını Rusiyadan 2 manata, Yaponiyadan 57 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

17.04.2026

Sabahın hava proqnozu

17.04.2026

"Space" telekanalı bağlanır?

17.04.2026

Nazirliyin mətbuat xidmətinin rəhbəri baş redaktor təyin edildi - FOTO

17.04.2026

Şahin Mustafayev: "İranla sərhəddəki infrastrukturla sutkada minə yaxın yük maşını buraxılacaq"

17.04.2026

Bakıda WUF13 QHT Forumu keçiriləcək

17.04.2026

Tomat ixracında gəlir artdı, satış həcmi azaldı

17.04.2026

İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub

17.04.2026

Vasif Müslümova yüksək vəzifə verildi - FOTO

17.04.2026

"Unibank"ın aktivləri 22%-ə yaxın artıb, kredit və depozit portfeli genişlənib

17.04.2026

Sığorta şirkətlərinin ehtiyat yarışı: ən böyük artım kimdə oldu? - CƏDVƏL

17.04.2026
Adsız bizneslər - Onların hədəfi yoxdur?

Adsız bizneslər - Onların hədəfi yoxdur?

17.04.2026

Məzənnə

Yüklənir...