Aviakompaniyalar İran müharibəsi səbəbindən reyslərin kütləvi ləğvinə başlayır - KİV

Redaktor

06.04.2026 17:23
40

Aviakompaniyalar İran müharibəsi səbəbindən reyslərin kütləvi ləğvinə başlayır - KİV

ABŞ və İsrailin İrana qarşı apardığı müharibə artıq dünya mülki aviasiyasına ciddi təsir göstərib. Əvvəlcə uçuş biletləri kəskin bahalaşıb, indi isə müxtəlif aviaşirkətlər kütləvi şəkildə reysləri ləğv etməyə başlayıb.

Valyuta.az "Business Insider"ə istinadən xəbər verir ki, müharibə təchizat zəncirlərini pozub və bu səbəbdən neft Yaxın Şərqdəki anbarlarda yığılıb qalıb. Nəticədə “qara qızıl”ın qiyməti 100 dollardan yuxarı qalxıb və bazarda əlçatanlıq azalıb.

Bunun nəticəsində martın sonunda aviasiya yanacağının qiyməti 195 dollara qədər yüksəlib ki, bu da müharibənin başladığı fevralın sonu ilə müqayisədə təxminən 100 dollar artım deməkdir. Eyni zamanda, yanacaq istehsalı olmayan və ya məhdud ehtiyata sahib ölkələr üçün tədarük daha da çətinləşib.

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatiy Birol bildirib ki, apreldə neft itkisi mart ayı ilə müqayisədə iki dəfə çox ola bilər. Bu isə aviasiya yanacağı və dizel çatışmazlığını daha da artıracaq: "Bunu artıq Asiyada görürük, lakin tezliklə, aprel və ya may aylarında bu vəziyyət Avropaya da çatacaq".

“Sparta Commodities” şirkətinin neft bazarı üzrə baş analitiki Cün Qo qeyd edib ki, aviasiya yanacağı xüsusi saxlama şərtləri tələb etdiyindən onun ehtiyatları benzindən daha azdır: "Asiyada səyahətlər artıq ciddi şəkildə bahalaşıb, bir çox aviaşirkətlər yanacaq əlavələri tətbiq edir və ya reysləri tamamilə ləğv edir. Avropa isə qaçılmaz yanacaq çatışmazlığı ilə üzləşəcək. Hazır olun".

Enerji sahəsi üzrə məlumat təhlili şirkəti “Argus Media” isə Böyük Britaniyanın hazırda Avropada dizel və aviasiya yanacağı təchizatının azalmasına ən həssas ölkə olduğunu açıqlayıb.

Avropanın ən böyük loukoster şirkəti “Ryanair” marşrutların azaldılmasını nəzərdən keçirir. Baş direktor Maykl O’Liri may–iyun aylarında yanacaq təchizatında problemlərin yarana biləcəyini bildirib.

“Lufthansa” ən pis ssenariyə hazırlaşır və böhran planları hazırlayır. Şirkət 40-a qədər təyyarənin uçuşlarını dayandıra bilər.

“Scandinavian Airlines” yanacaq qiymətlərinin artması səbəbindən təxminən 1000 reysi ləğv etməyi planlaşdırır. Bu, əsasən Şimali Avropadakı qısa məsafəli uçuşlara aiddir. Şirkət müvəqqəti olaraq qiymətləri də artırıb.

“United Airlines” şirkətinin baş direktoru Skott Kirbi bildirib ki, yaxın iki rübdə reyslər azaldılacaq. Onun sözlərinə görə, bəzi uçuşlar pik saatlardan kənar ləğv ediləcək. Əgər yanacaq qiymətləri indiki səviyyədə qalarsa, şirkətin illik xərcləri yalnız aviasiya yanacağı üzrə 11 milyard dollar arta bilər.

“Air New Zealand” may ayının əvvəlindən etibarən reyslərin təxminən 5 faizini (təxminən 1100 uçuş) azaltmağı planlaşdırır.

Vyetnamda “Vietnam Airlines” 1 apreldən yeddi daxili marşrutu dayandırıb. Əgər yanacaq qiymətləri 160–200 dollar aralığında qalarsa, şirkət aylıq daşıma həcmini 10–20 faiz azalda bilər.

Digər yerli aviaşirkətlər – “Vietjet Air” və “Bamboo Airways” də reyslərin azaldılmasına hazırlaşır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

06.04.2026

İranda müharibəyə görə dəyən ziyanın hesablanmasına başlanılıb

06.04.2026

İnvestorlar qızıldan üz döndərir: Müharibəyə görə metalın qiymətləri enir

06.04.2026

Bakı-Quba yolunu sel basıb - Əraziyə texnikalar cəlb olundu

06.04.2026

Aviakompaniyalar İran müharibəsi səbəbindən reyslərin kütləvi ləğvinə başlayır - KİV

06.04.2026
Qafqazın ən böyük avtomobil mərkəzinə marketinq direktoru təyin olundu

Qafqazın ən böyük avtomobil mərkəzinə marketinq direktoru təyin olundu

06.04.2026

BDU-nun Qazax filialında “Invest-AZ İnvestisiya Şirkəti”nin birgə təşkilatçılığı ilə seminar keçirilib

06.04.2026

İcra başçısı müavinini işdən çıxardı - FOTO

06.04.2026

Siqaret ixracından gəlirlər 4 dəfə artıb

06.04.2026

Bakıda 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

06.04.2026

Səudiyyə Ərəbistanı neft qiymətlərini rekord səviyyəyə qaldırır

06.04.2026

Mərkəzi Bank 2 bankın vəzifəli şəxsini cərimələdi

06.04.2026

Bibiheybət yolu bağlandı - nazir əraziyə getdi

06.04.2026

​“Azərgold”un ixrac gəlirləri 42%-ə yaxın artıb

06.04.2026

Azərbaycan Prezidenti: Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır

06.04.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI

06.04.2026

Sürücülük vəsiqələri ilə bağlı YENİ QAYDA

06.04.2026

Azərbaycan və Gürcüstan liderləri yeni investisiya layihələri barədə müzakirə aparıblar

06.04.2026

Peyk xidmətləri ixracında ilk beşlik - lider ölkələr açıqlandı

06.04.2026

Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

06.04.2026

Məzənnə

Yüklənir...