Redaktor
BDU-nun Qazax filialında “Invest-AZ İnvestisiya Şirkəti”nin birgə təşkilatçılığı ilə seminar keçirilib
03 aprel 2026-cı il tarixində BDU Qazax filialında “Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin birgə təşkilatçılığı ilə tələbələrin iqtisadi biliklərini artırmaq və onların maliyyə savadlılığını inkişaf etdirmək məqsədilə “Müasir yatırım imkanları” mövzusunda seminar keçirilib.
Valyuta.az xəbər verir ki, tədbir filialın rəhbərliyi, müəllim heyəti və tələbələrin iştirakı ilə baş tutmuşdur.
“Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin tədris üzrə baş mütəxəssisi, iqtisad üzrə fəlsəfə doktoru Rövşən Məmmədov “Birjada qiymətin dəyişməsindən necə qazanmaq olar ? ” mövzusunda, şirkətin maliyyə məsləhətçisi Rəşad Mustafayev isə “Bitcoin haqqında məlumat” başlıqlı təqdimatla çıxış edib. Seminar çərçivəsində tələbələrə maliyyə bazarının funksiyaları, investisiya imkanları, risklərin idarə olunması, qiymətli kağızların alqı-satqısı və iqtisadiyyatdakı rolu barədə ətraflı məlumat verilib.
Seminarın sonunda sual-cavab oldu. İştirakçılara tədris kurslarında iştirak üçün 10%, 4 nəfərə 20% və 3 nəfər xüsusi fərqlənənlərə 50% endirim elan olundu.
Filialda hal-hazırda 1750 tələbə təhsil alır və gələcəkdə seminarların bütün heyət üçün mütəmadi keçirilməsi təşəbbüsünü irəli sürüldü.
İştirak etmək istəyənlər çox olsada yer məhdudiyyəti ilə əlaqədar 55 nəfər iştirak etdi.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda vahid büdcə təsnifatı yenilənib
06.04.2026İranda müharibəyə görə dəyən ziyanın hesablanmasına başlanılıb
06.04.2026İnvestorlar qızıldan üz döndərir: Müharibəyə görə metalın qiymətləri enir
06.04.2026Bakı-Quba yolunu sel basıb - Əraziyə texnikalar cəlb olundu
06.04.2026Aviakompaniyalar İran müharibəsi səbəbindən reyslərin kütləvi ləğvinə başlayır - KİV
06.04.2026
Qafqazın ən böyük avtomobil mərkəzinə marketinq direktoru təyin olundu
06.04.2026BDU-nun Qazax filialında “Invest-AZ İnvestisiya Şirkəti”nin birgə təşkilatçılığı ilə seminar keçirilib
06.04.2026İcra başçısı müavinini işdən çıxardı - FOTO
06.04.2026Siqaret ixracından gəlirlər 4 dəfə artıb
06.04.2026Bakıda 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
06.04.2026Səudiyyə Ərəbistanı neft qiymətlərini rekord səviyyəyə qaldırır
06.04.2026Mərkəzi Bank 2 bankın vəzifəli şəxsini cərimələdi
06.04.2026Bibiheybət yolu bağlandı - nazir əraziyə getdi
06.04.2026“Azərgold”un ixrac gəlirləri 42%-ə yaxın artıb
06.04.2026Azərbaycan Prezidenti: Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır
06.04.2026