Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

Redaktor

06.04.2026 18:44
117

Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

Nazirlər Kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

Valyuta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, neft-qaz sahəsində fəaliyyət göstərən, səhmlərinin və paylarının azı 51 %-i birbaşa və yaxud dolayısi ilə dövlətə məxsus olan şəxslər üzrə mənfəət, torpaq, əmlak və əlavə dəyər vergisi, neft-qaz və digər fəaliyyətlə bağlı hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi büdcə gəlirlərinin təsnifatına daxil edilib.

Bundan başqa, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə xüsusi müsadirə edilmiş əmlakın satışından daxilolmalar, Azərbaycan ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək məqsədilə operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi, nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün ödənişlər də büdcə gəlirlərinin təsnifatına daxil olunub.

Dövlət orqanları tərəfindən xüsusi müsadirə edilmiş, müsadirə edilmiş, sahibsiz qalmış və vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropada enerji böhranı maliyyə böhranına çevrilə bilər - Aİ narahatdır

06.04.2026

Bitkilərin sığortalanmasında yığımlar 9 milyonu keçdi, ödənişlər kəskin azaldı

06.04.2026

Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb

06.04.2026

Sosial media idarəetməsi üçün süni intellekt əsaslı platforma istifadəyə verildi

06.04.2026

Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

06.04.2026

İranda müharibəyə görə dəyən ziyanın hesablanmasına başlanılıb

06.04.2026

İnvestorlar qızıldan üz döndərir: Müharibəyə görə metalın qiymətləri enir

06.04.2026

Bakı-Quba yolunu sel basıb - Əraziyə texnikalar cəlb olundu

06.04.2026

Aviakompaniyalar İran müharibəsi səbəbindən reyslərin kütləvi ləğvinə başlayır - KİV

06.04.2026
Qafqazın ən böyük avtomobil mərkəzinə marketinq direktoru təyin olundu

Qafqazın ən böyük avtomobil mərkəzinə marketinq direktoru təyin olundu

06.04.2026

BDU-nun Qazax filialında “Invest-AZ İnvestisiya Şirkəti”nin birgə təşkilatçılığı ilə seminar keçirilib

06.04.2026

İcra başçısı müavinini işdən çıxardı - FOTO

06.04.2026

Siqaret ixracından gəlirlər 4 dəfə artıb

06.04.2026

Bakıda 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

06.04.2026

Səudiyyə Ərəbistanı neft qiymətlərini rekord səviyyəyə qaldırır

06.04.2026

Mərkəzi Bank 2 bankın vəzifəli şəxsini cərimələdi

06.04.2026

Bibiheybət yolu bağlandı - nazir əraziyə getdi

06.04.2026

​“Azərgold”un ixrac gəlirləri 42%-ə yaxın artıb

06.04.2026

Azərbaycan Prezidenti: Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır

06.04.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI

06.04.2026

Məzənnə

Yüklənir...