Redaktor
Bakı-Quba yolunu sel basıb - Əraziyə texnikalar cəlb olundu
Bakı–Quba yolunun bir hissəsini sel suları basıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Valyuta.az-a məlumat verilib ki, intensiv yağıntılar nəticəsində Siyəzən və Şabran rayonlarının ərazisində, xüsusilə dağlıq sahələrdə güclü sel axınları formalaşıb və bu axınlar sürətlə düzənlik istiqamətində, Xəzər dənizi istiqamətinə yönəlib.
Qeyd olunub ki, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yerləşən suötürücü borular və keçid qurğuları bu həcmdə və intensivlikdə sel sularını ötürə bilmədiyi üçün su kütləsi yolun hərəkət hissəsinə dolub.
Nəticədə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Bildirilib ki, hazırda vəziyyətin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür. Əraziyə agentliyin əməkdaşları və xüsusi texnikalar cəlb olunub. Texnikaların köməyi ilə yolun hərəkət hissəsində toplanmış suyun kənarlaşdırılması, axının istiqamətləndirilməsi və yol infrastrukturunun təhlükəsizliyinin bərpası istiqamətində işlər davam etdirilir.
Sürücülərə tövsiyə olunur ki, qeyd olunan istiqamətdə hərəkət edərkən diqqətli olsunlar və mümkün qədər alternativ marşrutlardan istifadə etsinlər.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda vahid büdcə təsnifatı yenilənib
06.04.2026İranda müharibəyə görə dəyən ziyanın hesablanmasına başlanılıb
06.04.2026İnvestorlar qızıldan üz döndərir: Müharibəyə görə metalın qiymətləri enir
06.04.2026Bakı-Quba yolunu sel basıb - Əraziyə texnikalar cəlb olundu
06.04.2026Aviakompaniyalar İran müharibəsi səbəbindən reyslərin kütləvi ləğvinə başlayır - KİV
06.04.2026
Qafqazın ən böyük avtomobil mərkəzinə marketinq direktoru təyin olundu
06.04.2026BDU-nun Qazax filialında “Invest-AZ İnvestisiya Şirkəti”nin birgə təşkilatçılığı ilə seminar keçirilib
06.04.2026İcra başçısı müavinini işdən çıxardı - FOTO
06.04.2026Siqaret ixracından gəlirlər 4 dəfə artıb
06.04.2026Bakıda 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
06.04.2026Səudiyyə Ərəbistanı neft qiymətlərini rekord səviyyəyə qaldırır
06.04.2026Mərkəzi Bank 2 bankın vəzifəli şəxsini cərimələdi
06.04.2026Bibiheybət yolu bağlandı - nazir əraziyə getdi
06.04.2026“Azərgold”un ixrac gəlirləri 42%-ə yaxın artıb
06.04.2026Azərbaycan Prezidenti: Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır
06.04.2026