İnvestorlar qızıldan üz döndərir: Müharibəyə görə metalın qiymətləri enir

Redaktor

06.04.2026 18:15
98

İnvestorlar qızıldan üz döndərir: Müharibəyə görə metalın qiymətləri enir

Qızılın qiyməti bazar ertəsi, 6 aprel tarixində, dolların güclənməsi fonunda ucuzlaşıb. Buna İranda davam edən müharibə səbəbindən neftin bahalaşması və ABŞ əmək bazarından gələn gözləniləndən daha güclü göstəricilər də təsir edib. Bu faktorlar Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini endirəcəyi ilə bağlı gözləntiləri azaldıb.

Valyuta.az xəbər verir ki, “Reuters”in yazdığına görə, spot qızıl 0,5% ucuzlaşaraq unsiya üçün 4 652,89 dollara (qram üçün 149,62 dollar) düşüb. ABŞ-da apreldə təhvil üçün qızıl fyuçersləri isə Asiya və Avropa bazarlarının bayram səbəbilə bağlı olduğu bir vaxtda zəif ticarət şəraitində 4 678,70 dollar (qram üçün 150,43 dollar) səviyyəsində sabit qalıb.

3 aprel tarixində açıqlanan məlumatlara əsasən, ABŞ-də kənd təsərrüfatı sektoru istisna olmaqla məşğulluq mart ayında 178 min nəfər artıb ki, bu da 2024-cü ilin dekabrından bəri ən yüksək göstəricidir. Eyni zamanda işsizlik səviyyəsi 4,3%-ə enib. ABŞ Xəzinədarlığının 10 illik istiqrazlarının gəlirliliyi və dollar indeksi yüksəldiyi üçün qızıl üzərində təzyiq artıb.

Neft qiymətləri isə ABŞ və İsrailin İrana qarşı müharibəsinin qlobal enerji tədarükünü pozmağa davam etməsi fonunda Brent markalı neftin bahalaşması ilə yüksəlib.

Neftin sürətli bahalaşması inflyasiya ilə bağlı narahatlıqları artırır. Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı qorunma vasitəsi sayılsa da, yüksək faiz dərəcələri gəlir gətirməyən aktivlərə tələbi azaldır. Treyderlər isə FES-in bu il faiz endirimi etmə ehtimalını demək olar ki, tam istisna ediblər. Müharibədən əvvəl iki faiz endirimi gözlənilirdi.

Eyni zamanda gümüşün spot qiyməti 0,9% azalaraq unsiya üçün 72,34 dollara (qram üçün 2,33 dollar) düşüb, platin 0,6% ucuzlaşaraq 1 977,29 dollar (qram üçün 63,56 dollar) olub, palladium isə 0,3% bahalaşaraq 1 500,25 dollar (qram üçün 48,23 dollar) səviyyəsinə yüksəlib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sosial media idarəetməsi üçün süni intellekt əsaslı platforma istifadəyə verildi

06.04.2026

Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

06.04.2026

İranda müharibəyə görə dəyən ziyanın hesablanmasına başlanılıb

06.04.2026

İnvestorlar qızıldan üz döndərir: Müharibəyə görə metalın qiymətləri enir

06.04.2026

Bakı-Quba yolunu sel basıb - Əraziyə texnikalar cəlb olundu

06.04.2026

Aviakompaniyalar İran müharibəsi səbəbindən reyslərin kütləvi ləğvinə başlayır - KİV

06.04.2026
Qafqazın ən böyük avtomobil mərkəzinə marketinq direktoru təyin olundu

Qafqazın ən böyük avtomobil mərkəzinə marketinq direktoru təyin olundu

06.04.2026

BDU-nun Qazax filialında “Invest-AZ İnvestisiya Şirkəti”nin birgə təşkilatçılığı ilə seminar keçirilib

06.04.2026

İcra başçısı müavinini işdən çıxardı - FOTO

06.04.2026

Siqaret ixracından gəlirlər 4 dəfə artıb

06.04.2026

Bakıda 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

06.04.2026

Səudiyyə Ərəbistanı neft qiymətlərini rekord səviyyəyə qaldırır

06.04.2026

Mərkəzi Bank 2 bankın vəzifəli şəxsini cərimələdi

06.04.2026

Bibiheybət yolu bağlandı - nazir əraziyə getdi

06.04.2026

​“Azərgold”un ixrac gəlirləri 42%-ə yaxın artıb

06.04.2026

Azərbaycan Prezidenti: Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır

06.04.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI

06.04.2026

Sürücülük vəsiqələri ilə bağlı YENİ QAYDA

06.04.2026

Azərbaycan və Gürcüstan liderləri yeni investisiya layihələri barədə müzakirə aparıblar

06.04.2026

Peyk xidmətləri ixracında ilk beşlik - lider ölkələr açıqlandı

06.04.2026

Məzənnə

Yüklənir...