Redaktor
"Bank Respublika"da təhlükəli kreditlər 62%-dən çox artıb
2026-cı ilin ilk üç ayının yekunlarına görə "Bank Respublika"nın ümumi kredit portfeli illik müqayisədə artım nümayiş etdirib. Bankın maliyyə göstəricilərinə əsasən, kredit portfelinin həcmi 1 milyard 635 milyon 68.11 min manata çatıb.
Valyuta.az xəbər verir ki, 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 499 milyon 861.89 min manat olub.
Beləliklə, kredit portfeli 135 milyon 206.22 min manat və ya 9.01% artıb.
Hesabata əsasən, bankın təhlükəli kreditlərinin həcmində də artım qeydə alınıb. Belə ki, 2026-cı ilin ilk üç ayında təhlükəli kreditlər 2 milyon 254.15 min manat təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 1 milyon 389.04 min manat olub. Nəticədə təhlükəli kreditlər 865.11 min manat və ya 62.28% yüksəlib.
Eyni zamanda, ümidsiz kreditlərdə cari ilin ilk üç ayında bu göstərici 7 milyon 194.69 min manat olub. 2025-ci ilin analoji dövründə isə ümidsiz kreditlərin həcmi 4 milyon 926.51 min manat təşkil edib. Bu isə 2 milyon 268.18 min manat və ya 46.04% artım deməkdir.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda 2 bankda əhalinin əmanətləri azalıb
21.04.2026E-saglam.az 5 yaşında
21.04.2026AYNA: Metro xətləri üzrə bütün marşrutlarda avtobusların sayı artırılır
21.04.2026Kiloqramı 28 manat: Azərbaycanın ən bahalı mavi pendir idxalı bu ölkədəndir
21.04.2026Adi mətbəx süngəri ilə başlayan startap milyonluq biznesə çevrildi
21.04.2026Şuşada 29 milyon manata 7 yeni yaşayış binası tikiləcək
21.04.2026Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb - YENİLƏNİB
21.04.2026
“Paşa Bank”da təhlükəli kreditlər 4 dəfəyə yaxın artıb
21.04.2026Sabah 22 dərəcə isti olacaq
21.04.2026Fransa sərt büdcə qənaətinə keçir
21.04.2026Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"
21.04.2026Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
21.04.202628 May ətrafında tramvay şəbəkəsi yaradılır
21.04.2026Bakı metrosunda ən gəlirli və ən sıx 5 stansiya açıqlanıb
21.04.2026Azərbaycanda qızıl istehsalı azalıb
21.04.2026